Senior US administration official said that Ukraine's membership in NATO is not being considered by the alliance.

Qabil Hüseynli: NATO-nun sabahki yığıncağı olduqca gərgin keçəcək

16
(Yenilənib 13:18 27.07.2015)
Ekspert: Bəzi NATO ölkələri Yaxın Şərqdə Kürdüstanın yaradılmasında maraqlıdırlar. Ona görə də Türkiyənin PKK-nı bombalaması onlar üçün arzuolunmazdır.

BAKI, 27 iyul – Sputnik. NATO, müttəfiqi olan Türkiyənin tələbi ilə sabah Brüsseldə təcili yığıncaq keçirəcək. Yığıncaqda Türkiyənin təhlükəsizliyinin təmin olunması üçün önəmli qərarların verilə biləcəyi ehtimal olunur.  

Politoloq Qabil Hüseynli, son vaxtlar Türkiyəda artan terror hadisələri və bu səbəblə sabah keçiriləcək NATO toplantısı ilə bağlı Sputnik-ə önəmli açıqlamalar verib.

Politoloq Qabil Hüseynli
azpolitika.info
Politoloq Qabil Hüseynli

“Düşünürəm ki, NATO-nun sabahkı yığıncağı olduqca gərgin keçəcək. Müttəfiq dövlətlər Türkiyənin İŞİD-ə hava zərbələri endirməsini müsbət qarşılasalar da, ordunun PKK-nı da hədəf seçməsini istəmirlər. Çünki İŞİD-ə qarşı ən aktiv döyüşənlər kürd silahlı dəstələridir. Həm də bir çox NATO dövlətləri Yaxın Şərqdə Kürdüstanın yaradılmasında maraqlıdırlar. Ona görə də Türkiyənin PKK-nı bombalaması onlar üçün arzuolunmazdır. Ancaq bütün bunlara baxmayaraq, düşünürəm ki, rəsmi Ankara sabahki yığıncaqda öz istədiyi qərarın alınmasına nail olacaq.” — deyə Qabil Hüseynli bildirib.

16