BTC kəmərinə ilk neftin vurulmasından 10 il keçir

40
(Yenilənib 08:24 28.05.2015)
10 il əvvəl - 25 may 2005-ci il tarixində Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk neftin vurulması münasibətilə təntənəli mərasim keçirildi.

BAKI, 26 may — Sputnik. 10 il əvvəl — 25 may 2005-ci il tarixində Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk neftin vurulması münasibətilə təntənəli mərasim keçirildi.

Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dövlət başçıları, layihənin əməliyyatçısı olan BP və tərəfdaş şirkətlərin nümayəndələri, çoxsaylı yerli və xarici qonaqlar iştirak edirdi.

BTC-yə ilk neftin vurulması kəmərin Azərbaycan hissəsinin istifadəyə verilməsi demək idi. Bu layihənin reallaşması ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının daha bir uğuru kimi tarixə yazıldı.

Xatırladaq ki, BTC Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Xəzərlə Aralıq dənizi arasında 1768 kilometr məsafə boyu uzanır. Respublikamızın 13 rayonundan — Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Gürcüstana 249, Türkiyəyə isə 1076 kilometr düşür. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabr ayında istifadəyə verilib. Kəmər tam bir sistem kimi 2006-cı il iyulun 13-də istismara buraxılıb.

Boru kəməri ilk mərhələdə gün ərzində 1 milyon barel neft ötürmək gücündə layihələndirilmiş, 2006-2009-cu illər ərzində onun ötürmə qabiliyyəti bu səviyyədə qalmışdı. 2009-cu ilin mart ayında isə kəmərin gündəlik ötürmə gücü 20 faiz artırıldı və gün ərzində 1,2 milyon barel təşkil etməyə başladı. İstifadəyə verildiyi vaxtdan bu ilin əvvəlinədək BTC vasitəsilə 2,1 milyard barel (280 milyon ton) xam neft nəql olunub.

Hazırda BTC ilə, əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində çıxarılan neftin əsas hissəsi və “Şahdəniz” yatağından alınan kondensat daşınır. Bundan əlavə, kəmərə müəyyən həcmdə Türkmənistan və Qazaxıstan nefti də vurulur.

BTC–dən sonra inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Hazırda Azərbaycandan Avropaya qaz nəql edəcək 3500 kilometrlik mavi yanacaq dəhlizi reallaşmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilici-Ceyhan kəmərinin tikintisini tarixi hadisə adlandıraraq bu layihənin əhəmiyyətini belə əsaslandırıb: “Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara-dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşıb. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilici-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlayıb. Bu gün biz deyə bilərik ki, Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından artıq tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehlakçılara da öz xidmətini göstərir. Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən –ilə artmaqdadır. Azərbaycan etibarlı tranzit ölkəsidir”.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası Azərbaycanın gələcəyinə qapı açdı. Ölkəmizi beynəlxalq enerji ailəsinə daxil edən bu layihə respublikamıza həm siyasi, həm də iqtisadi baxımdan böyük uğurlar gətirdi. Bu gün müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər həm də bu layihənin xidmətidir.

Məqalə hazırlanarkən minenergy.gov.az saytının materiallarından istifadə olunub.

40
Teqlər:
ümummilli lider, dəhliz, layihə, iqtisadi uğurlar, kəmər, neft, BTC boru kəmərinə ilk neftin vurulması, İlham Əliyev, Heydər Əliyev, Yevlax, Abşeron, Qaradağ, Hacıqabul, Kürdəmir, Ağsu, Aralıq dənizi, Türkiyə, Gürcüstan, Azərbaycan
Əlaqədar
Riçard Morninqstar: “Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsiri olmayacaq
SOCAR: "Cənub Qaz Dəhlizi” siyasi layihə deyil
Moskvada Maksim Qorki adına parkda qızlar, arxiv şəkli

Qərb COVID-19 Rusiyaya növbəti demokratiya dərsi verdi

10
(Yenilənib 20:53 24.06.2021)
Rusiyada epidemioloji vəziyyətin kəskin şəkildə pisləşməsi fonunda koronavirusla mübarizə tədbirləri kəskin şəkildə sərtləşdirilir. Bu dəfə səylərin əsas məqsədi vaksinasiya sürətini artırmaqdır.

BAKI, 24 iyun — Sputnik, İrina Alksnis. Moskva və Moskva vilayətində bir çox sahələrdə - ticarət, ictimai nəqliyyat, mənzil-kommunal xidmətləri, təhsil, əyləncə və s. sahələrdəki işçilərin məcburi vaksiyasiyası tətbiq ediləcək. Hətta paytaxt “Rospotrebnadzor”u işəgötürənlərdən işçilərin 60%-nin peyvənd olunmasını tələb edib: 15 iyuladək - birinci, 15 avqusta qədər isə - ikinci doza ilə. Kareliyada göstəriciləri müvafiq müəssisələr üçün məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsi üçün əsas olacaq kollektiv immunitet pasportları tətbiq olunur.

Tətbiq olunan tədbirləri qiymətləndirən biznes ombudsmanı Boris Titov açıq şəkildə “davamlı vaksinasiya işi məhdudlaşdırmağa alternativ olarsa, biznes bu yanaşmanı tamamilə dəstəkləyəcək” deyib.

Bu yaxınlarda Kreml mövcud vaksinasiya templərindən narazılığını ifadə edərək bildirib ki, bu templər "arzuolunan səviyyədən aşağıdır". Bu, yaranmış vəziyyətin hələ yumşaq qiymətləndirilməsidir.

Rusiyada əhalinin 10%-dən azı koronavirusa qarşı peyvənd olunub. Üstəlik, son zamanlarda federal və regional hakimiyyət orqanları vətəndaşları klinikalara və peyvənd nöqtələrinə getməyə necə inandıracaqlarını bilmirdilər. Hətta vaksin olunanlar arasında böyük mükafatlar nəzərdə tutulan - avtomobillər və mənzillər olan lotereyalar təşkil olundu.

Xaricdə vaksinlər üstündə dava getdiyi halda bu vəziyyət açıqca absurddur.

Mütəxəssislər və analitiklər mövcud vəziyyətin səbəbləri və buna günahkar olanlar barədə bir çox versiya irəli sürürlər. Bəziləri, məsuliyyəti əhalinin dərin inamsızlığı olan səlahiyyətlilərin üzərinə qoyur. Digərləri isə, bir çox həmvətənlərimizin öz sağlamlıqlarına məhəl qoymadıqlarını və məsuliyyətsiz yanaşdıqlarını düşünürlər.

Ancaq dövlət dərin düşüncələr və incə fəlsəfi məsələlər hayında deyil. Ölkəni əhatə edən yeni COVID-19 dalğası onun qarşısında ortaya çıxan problemi həll etmək üçün xüsusi bir vəzifə qoyur və burada - nə qədər qəribə görünsə də, Rusiya daha bir çox vacib və faydalı praktik demokratiya dərsi alır. Praktiki demokratiya çəhrayı çalarlarda görünən yox, reallıqda mövcud olandır.

Rusiyanın avtoritarizm və demokratiyanın yoxluğunda ittiham edilməsi Rusiya ilə Qərbin münasibətlərində adi hala çevrilib. Ancaq bu mövzunun sırf daxili siyasi komponenti var: Rusiya demokratiyanı davamlı olaraq qurur, bu halda dövlət və cəmiyyət o barədə daxili idealizə edilmiş fikirlərlə məşğul olmaq məcburiyyətindədir. Bu ötən əsrin son onilliklərində demokratik adlandırılan Qərb sistemlərinin əslində necə işlədikləri barədə biliklərin olmamasından formalaşıb.

Hazırda vəziyyət olduqca sürətlə dəyişir. Dünyanın informasiya keçiriciliyi bir-birinin ardınca "həqiqi demokratiyaların" necə olduğuna dair illüziyaları yox edir.

Onların fonunda Rusiyadakı daxili siyasət daha sərbəst və yumşaq görünür. Epidemiya bunu bir daha təsdiqlədi.

Qərb dünyası 2020-ci ilin əksər hissəsində ciddi lokdaunlar altında idi. Keçən qış boyunca dörd divar arasından çıxmayan ümidsiz avropalı etirazçılarını ağına-bozuna baxmadan su şırnaqları ilə qovurdular. Sonra orada könüllü-məcburi xarakter daşıyan vaksinasiya başladı: könüllü - çünki həyatın yenidən normaya düşməsi üçün özünüzə məmnuniyyətlə istənilən bir şeyi vurdurmağa imkan verirdi, məcburi isə ona görə ki, peyvənddən imtina etsəniz, çoxlu problemlərlə üzləşə bilərsiniz: mağazalara və restoranlara gedə bilməməkdən işlərini itirməyə qədər.

Ötən yaydan bəri Rusiya əhalisi isə minimal və çox vaxt simvolik məhdudiyyətlərlə demək olar ki, adi bir həyat yaşayırdı. Ancaq dövlət təcili surətdə olan yenidən qurulurdu və səhiyyə sisteminin dağılmasının qarşısını almaq üçün bir çox yeniliklərə başladı. Yerli alimlər ən qısa müddətdə dünyanın ən yaxşı peyvəndini yaradaraq uğur əldə etdilər.

Nəticədə, tələb olunan tək şey vətəndaşların peyvənd olunmağa gələrək məsuliyyət nümayiş etdirmək idi.

Və mütləq əksəriyyət bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirə bilmədi və bununla liberal siyasətin effektsizliyini və fövqəladə hallarda insanların sağlam düşüncəsinə olan ümidlərin nahaq olduğunu sübut etdi. Eyni zamanda, əvvəldən əhalinin əksəriyyətinin şüuru haqqında illüziyalarla yaşamayan və cəmiyyətlərini davamlı olaraq müəyyən bir hərəkət dəhlizinə sürükləyən Qərb dövlətlərinin rəhbərlərinin haqlılığı təsdiqləndi.

Dərs Rusiya üçün ağrılı oldu: xəstəlik qış göstəricilərinə qayıtdı və səhiyyə bir daha ağır yükün öhdəsindən gəlmək məcburiyyətində qaldı.

Vaksinasiya sürətini stimullaşdırmaq üçün elan edilmiş qərarlar Rusiya dövlətinin səhvlər üzərində işləməyə hazır olduğunu göstərir.

Əlbəttə, heç bir məcburiyyət olmayacaq. Hər bir şəxsin peyvənddən imtina etmək hüququ var – amma bunun hesabıni ictimaiyyətin sağlamlığı və əksəriyyətin maraqları naminə müəyyən məhdudiyyətlərlə ödəməli olacaq. Demokratiya yalnız hüquqlar demək deyil, həm də öhdəliklər, öz qərar və addımlarına görə məsuliyyət daşımaq deməkdir. Qərb dünyası bunu Rusiyaya bir daha açıq şəkildə nümayiş etdirdi.

Demokratiyaya xoş gəlmisiniz.

Eləcə də oxuyun:

  • Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

  • İki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulacaq? TƏBİB-dən izahat

10
Böyük Vətən Müharibəsində əsgərlərin döyüş bölgəsinə göndərilməsindən əvvəl təlimi, arxiv şəkli

Ölkə səksən il bundan əvvəl qalib gələcəyini bilərək döyüşə girdi

268
(Yenilənib 17:33 22.06.2021)
Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

BAKI, 22 iyun — Sputnik, Yelena Qarayeva. "Dortmund" məxfi kəlməsi səsləndi və alman təcavüzkarının ağır zərbəsi gecə yuxusunda olan dinc kəndlərə, şəhərlərə, tarlalara, çöllərə, meşələrə, doğmalarımızın, babalarımızın, nənələrimizin, atalarımızın yatdığı evlərə endirildi.

Zərbə onlara dəydi... Yəni bizə, bizim hamımıza...

Səksən il bundan əvvəl "birləşmiş Avropa" qitəsi bütün gücü ilə üstümüzə hücuma keçdi. SSRİ-yə həm Fransanın maşınqayırma sənayesi, həm də Norveçdəki poladəritmə zavodları tərəfindən dəstəklənən vermaxt ordusu hücum etdi, Belçikanın SS batalyonları da bu işə cəlb edildi, Rumıniya aviasiyası da havaya qaldırıldı. Nasist zabitləri Xorvatiya hərbi hissələrinə də əmrlər yağdırırdılar.

Mətbuat da səfərbər edildi. Hitlerin təbliğat maşını ən az onun tankları və təyyarələri qədər diqqətlə yığılmışdı. Yozef Gebbels radio müraciətində vurğulayırdı: "22 iyun 1941-ci ildə Avropa bolşevik-sovet Rusiyasına cavab vermək qərarına gəldi".

Berlin vermaxtın və nasizmin qalib gələcəyinə şübhə etmirdi, ancaq "sovetlərin cavabı" özünü çox gözlətmədi.

Bu cavab Konstantin Simonovun – hamımızın yaxşı xatırladığı çalsaç cəbhə yazıçısı deyil, gənc, o zamanlar 25 yaşında olan "Qırmızı ulduz"un hərbi müxbirinin – göndərdiyi müraciətdə səsləndirildi.

Simonov Qərb cəbhəsinə Böyük Vətən müharibəsinin başlamasından beş gün sonra gəlmişdi və sonralar xatirələrində sərhədçi-zabitlərlə söhbətindən sitatlar gətirirdi. O deyirdi: "Hamının zastavalarda həlak olduğu barədə məlumat aldım. Axıra kimi döyüşmüşdülər. Orada olanların hamısı həlak olmuşdu. Mənim öz ailəm də orada, Qrayev yaxınlığındadır. Arvadım, iki uşağım, anam, bacım... Bu dünyada nəyim, kimim varsa, hamısı oradadır".

Acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırdılar

Elə həmin gün, iyunun 29-da "Barbarossa" planını işləyib hazırlayanlardan biri, general Qalder öz gündəliyində yazır: "Cəbhədən gələn xəbərlər təsdiqləyir ki, ruslar hər yerdə son nəfərə qədər döyüşürlər". Hərçənd, Qalder öz rəhbərliyinə qələbə məlumatları göndərirdi.

Simonov daha sonra qeyd edirdi: "Bəzilərinin müharibədən sonra nə yazdıqlardan asılı olmayaraq, onda heç kim Şərq cəbhəsində onların tamamilə darmadağın etdikləri sovet ordusunun nə vaxtsa Almaniya ərazisinə girəcəyini ağlına belə gətirmirdi".

Reyxin ən yüksək generallarının qiymətləndirmələri 1940-cı ilin mayında Avropa hakimiyyətinin və xalqlarının davranışlarına əsaslanırdı: cəmi beş həftə ərzində Hollandiya Krallığı (kapitulyasiya sənədi mayın 14-də imzalandı), Belçika Krallığı (kapitulyasiya sənədi mayın 28-də imzalandı) və nəhayət, Fransa (kapitulyasiya sənədi iyunun 17-də imzalandı) nasistlərin ayaqları altına düşdü.

İngilis Ekspedisiya Qüvvələri Dunkerkdən qaçdı, vermaxtın əsgərləri isə bir-bir Avropa paytaxtlarına daxil oldular. Avropalılar onlara müqavimət göstərmədilər. Mənzərəli məkanlarda xoş gəzinti, ləzzətli yeməklər, keyfiyyətli şərab və məğlub olmuşlar tərəfindən yaxşı qəbul – vermaxt üçün Qərbi Avropada müharibə bundan ibarət idi.

İndi pasifizm tərəfdarları və heç vaxt müharibə olmasın deyənlər bildirirlər ki, "bu qanlı təcrübə" ölkələr arasındakı "keçmiş düşmənçiliyi" aradan qaldıraraq Avropanın birləşməsinə və dinc qitəyə çevrilməsinə səbəb oldu.

Əslində bu, həqiqətən də qanlı təcrübə idi və qanı tökülən də SSRİ xalqları idi. Məhz SSRİ vətəndaşları həm öz ölkələri, həm də Avropa dövlətlərinin hər qarışı üçün canları bahasına mübarizə aparmalı oldular.

Sovet hərbçiləri Ştrausun Vyanadakı məzarına əklil qoyduqları bir vaxtda vermaxt ordusunda xidmət edənlər Puşkinin qəbrinə mina basdırırdılar.

Biz ikinci cəbhənin açılmasını düz üç il gözlədik və müttəfiqlərin Ardenlərdəki hücumu dəf ediləndə Çörçill Stalinə kömək üçün, demək olar ki, yalvarmağa başladı. Baş Komandanlığın Vista-Oder əməliyyatının vaxtı səkkiz gün irəli çəkilir. Polşada Qızıl Ordunun hücumunun başlamasını sürətləndirmək barədə qərar isə bir neçə saatın içində verilir.

Nasistlər Leninqradı mühasirədə saxlayır və qəhrəman şəhərin sakinləri acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırlar, halbuki qələbədən sonra Berlinin komendantı, general Berzarin bütün alman uşaqlarının peyvənd olunması və südlə təmin edilməsi barədə əmrlər verirdi.

80 il əvvəl başlayan və 1418 gün sürən müharibədə keçilən yol yalnız xalqımıza azadlıq gətirmədi, Maydanek və Auşvits krematoriyalarının sobalarını söndürmədi, Krakovu məhv olmaqdan qurtarmadı, Drezden qalereyasını, xəzinəsini xilas etmədi, həm də insanlıq və humanizmin dəyərini bir daha təsdiqlədi. Və həmin dəyərləri Avropa dərhal mənimsəyərək "özünün ümumi dəyərləri" elan etdi.

"Bir daha əsla"

Avropa özü azadlığa çıxandan sonra ehtirasla urbi et orbi – "Bir daha əsla" vəd edərək yavaş-yavaş başqa müharibələrə qoşuldu. Şimali və Qərbi Afrikada müstəqillik tərəfdarları ilə döyüşdü, Hind-Çində hərbi əməliyyatlar apardı. Sonra növbə Yuqoslaviyaya ("Miloseviç diktaturası və serblərin zülmünə" qarşı mübarizə kimi qələmə verilən – bütün bunları yaxşı xatırlayırıq) çatdı.

On ildən sonra növbə Ukraynaya da gəldi. Ukraynada – Avropa İttifaqı də daxil olmaqla, tamamilə açıq şəkildə əvvəl bir, sonra ikinci dəfə müharibə qızışdırıldı. Həm birinci, həm də ikinci halda, həm 2004-cü ildə, həm də 2013-2014-cü illərdə "başqalarına" qarşı nifrət mühiti yaradıldı.

Yuqoslaviya münaqişəsində olduğu kimi, nasistlərə rəğbət bəsləyənlər dərhal başlarını qaldırdılar, Hitlerin davamçıları və müharibə cinayətkarları isə dərhal "azadlıq və müstəqillik uğrunda mübarizə aparanlar və "Rusiyanın təsirindən xilas edənlərə" çevrildilər.

Müharibə mövzusuna qayıtsaq, Pavlovun Stalinqraddakı evinin – yalnız bir evin və təkcə bir müqavimət tağımı tərəfindən 58 gün müdafiə olunduğunu unutmamalıyıq. Bu, vermaxt qoşunlarının indi birləşmiş və "pasifist" olan qitə Avropası boyunca yürüşündən daha uzun çəkmişdi.

Gəlin, hər şeydən əvvəl bir məsələni yaddan çıxartmayaq: əcdadlarımızın, yaxınlarımızın, həmvətənlərmizin qəhrəmanlığını "milyonlarla təcavüzə məruz qalmış alman qadını", "qənimət eşelonları" və "oğurlanmış sənət kolleksiyaları" haqqında hekayələrlə gözdən salmaq cəhdi "yalnız bir hüceyrənin quruluşunu dəyişdirilməklə bütün orqanizmin xərçənginə gətirib çıxarmaq, ümumi genetik kodumuzu məhv etməyin bir yoludur.

Gəlin, nəhayət, dərk edək ki, "Rusiyanın militarizmi" ilə bağlı bütün bu səs-küy ağlasığmaz və misli görünməmiş bir şeyə nail olmuş – nasizmin belini qıraraq bütün Avropa qitəsinin qarşısında baş əydiyi bu hərbi gücün dörddə üçünü məhv etmiş ölkəyə həsəd aparmaqdan başqa bir şey deyil.

Döyüş meydanında ölənləri, yaralananları, köləliyə məhkum edilənləri, əsir düşərgələrinə göndərilənləri, işgəncələrə məruz qalanları, güllələnənləri, asılanları yada salaraq bir daha təkrarlayaq ki, Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

Yaddaşımız və kədərimiz isə onlarla ucaltdığımız ortaq və əbədi abidəmizdir.

 

Eləcə də oxuyun:

  • Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

  • Keçmişə baxmayaraq açıq olmaq - Putin

  • İkinci Dünya müharibəsi ilə bağlı mif və əfsanələr

268
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb

Ərəb Dövlətlərinin Azərbaycana münasibəti necədir?

0
(Yenilənib 21:33 24.06.2021)
Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

BAKI, 24 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

C.Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

0