Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır

103
(Yenilənib 08:19 28.05.2015)
Qarabağ məsələsinin həlli ilə bağlı ciddi addımların atılmasını ya Elmar Məmmədyarovla Sergey Lavrovun Moskva görüşündən və yaxud Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra gözləyə bilərik.

BAKİ, 25 may — Sputnik. Qarabağ məsələsinin həlli ilə bağlı ciddi addımların atılmasını ya Elmar Məmmədyarovla Sergey Lavrovun Moskva görüşündən və yaxud Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra gözləyə bilərik.

Bunu Sputnik-ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

"Son hadisələr göstərdi ki, Qərb Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq niyyətində deyil. Baxmayaraq ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Avropanın əlində kifayət qədər təsir imkanları var, onlar ermənilərə təzyiq edib problemi həll etmək istəmirlər", deyə politoloq qeyd edib.

Bu gün Moskvada RF XİN başçısı Sergey Lavrovla Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında görüş olacaq və bu görüşdə əsas müzakirə olunacaq məsələlərdən biri də Qarabağ məsələsi olmalıdır.

Əhmədoğlunun sözlərinə görə, hətta Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin Riqa sammitinin yekun Bəyannaməsinə BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə haqqında fikirlərin salınmasına imkan verilmədi: "Əgər Avropa İttifaqı yekun sənədə BMT TŞ-nin Qarabağla bağlı qəbul etdiyi sənəddən fikri salmıra, o zaman onlardan münaqişənin həlli ilə bağlı müsbət nəticə gözləməyə dəyməz."

Politoloqun fikrincə, Qərb hesab edir ki, Qarabağ münaqişəsinin həll olunmamış qalması ilk növbədə Rusiyanın maraqlarına ziyan vurur və münaqişənin davam etməsi onun zəifliyinin göstəricisidir: "Ona görə də Qarabağ münaqişəsinin tənzimlənməməsi Qərblə Rusiya arasında geosiyasi oyuna çevrilib. Zaman keçdikcə Rusiyada da bunu dərk edirlər. Rusiya XİN-in son açıqlamasında da Azərbaycanın bölgədə özünün vacib strateji tərəfdaşı hesab etməsi o deməkdir ki, artıq Moskva-Bakı münasibətlərinin böyük gələcəyi var. Rusiya-Azərbaycan əlaqələrinin böyük gələcəyi isə böyük inam tələb edir. Böyük inamın formalaşmasında əsas məsələ Rusiyanın Qarabağ məsələsinin Azəbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsində öz töhfəsini verməsidir."

Politoloq onu da əlavə etdi ki, Qarabağla bağlı növbəti görüş hər iki ölkənin prezidentlərinin Bakıda keçiriləcək görüşündə hərtərəfli müzakirə olunacaq: "Belə ki, Rusiya prezidenti Vladimir Putin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək və o zaman görüşdə bu məsələ geniş formada bir daha müzakirə olacaq. Ümid edirəm ki, o zaman ən ciddi açıqlamaların şahidi olacağıq."

M. Əhmədoğlu onu da bildirdi ki, İlham Əliyevlə Vladimir Putin arasındakı şəxsi əlaqələr çox yüksək səviyyədədir: "Əgər yadınızdadırsa, Putin sonuncu dəfə Bakıa səfər edəndə Azərbaycan prezidentinin evində oldu. Bu, münasibətlərin göstəricisidir. Elə başa düşürəm ki, şəxsi münasibətlər də dövlətlərarası münasibətlərin frmalaşmasına öz müsbət təsirini göstərəcək."

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində başalyıb.

Hazırda Azərbaycanaın 20% torpaqları — Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir.

1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejimi haqqında sənəd imzalansa da, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT Minsk qrupunun ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə apardığı danışıqlar prosesi hələ də müsbət nəticə vermir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi torpaqları dərhal azad etməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə bu günə kimi Ermənistan tərəfindən icra olunmur.
Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın soydaşımız məcburi köçkün və qaçqın həyatını yaşamaqdadır.

103
Teqlər:
politoloq, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı, həll, Qarabağ münaqişəsi, Minsk qrupu, BMT TŞ, Vladimir Putin, Mübariz Əhmədoğlu, Elmar Məmmədyarov, Sergey Lavrov, Ermənistan, ABŞ, Fransa, Avropa, Moskva, Rusiya
Əlaqədar
Azərbaycan-Rusiya əməkdaşlığının dərinləşdirilməsi siyasəti alqışlanır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Rusiya və Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçirəcəklər