Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərbaycanın aqrar sektorunun inkişafı sərgilərə marağı artırıb"

© Sputnik / Murad OrujovWorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin açılmasına həsr olunmuş mətbuat konfransı
WorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin açılmasına həsr olunmuş mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Ənənəvi olaraq WorldFood Azerbaijan sərgisi bir neçə tematik ekspozisiyaları özündə birləşdirir

BAKI, 16 may — Sputnik. "Hazırda Azərbaycanın kənd təsərrüfatı və qida sahələri iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarındandır və böyük potensiala malikdirlər. Bakıda keçirilən sərgilər bu tendensiyanın təzahürüdür". ITE Group-un regional direktoru Edvard Stroon WorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin açılmasına həsr olunmuş mətbuat konfransında belə bir bəyanatla çıxış edib.

© Sputnik / Murad Orujov ITE Group-un regional direktoru Edvard Stroon
 ITE Group-un regional direktoru Edvard Stroon - Sputnik Azərbaycan
ITE Group-un regional direktoru Edvard Stroon

Onun sözlərinə görə, WorldFood Azerbaijan və Caspian Agro rekord statistik göstəricilərə malikdirlər: ötən illə müqayisədə iştirakçıların sayı 12% çoxalıb və sərgilərin sahəsi də eyni ölçüdə artıb. Hazırda bu sərgilər bölgənin analoji ixtisaslaşdırılmış hadisələri arasında ikinci yeri tuturlar.

"Bu il üç sərgi bir yerdə 34 ölkədən 402 şirkəti əhatə edir. Sərgilərin vizit kartı olaraq əcnəbi şirkətlərin bu ölkələrin ticarət-sənaye palatalarının dəstəyi ilə təşkil olunmuş iri milli qruplarla iştirakını qeyd etmək lazımdır. 2018-ci ildə sərgilərdə 10 ölkədən 12 milli və regional qrup iştirak edirlər" — Stroon qeyd edib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov vurğulayıb ki, iştirak edən şirkətlərin arasında 70% əcnəbi təşkilatlardır, 30%-i isə yerli istehsalçılar və distribütorlar təşkil edirlər.

© Sputnik / Murad OrujovAzərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov - Sputnik Azərbaycan
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov

"Bu xarici investorlar tərəfindən Azərbaycanın aqrar sektoruna olan marağı göstərir" — Hüseynov deyib.

Öz növbəsində, Qida Təhlükəsizliyi Agentliyinin Rabitə və informasiya texnologiyaları şöbəsinin rəisi Mansur Piriyev bildirib ki, sərgilərin keçirilməsi birgə istehsalın təşkili üçün yeni şirkətlərin axtarışı baxımından yaxşı meydançadır.

© Sputnik / Murad OrujovQida Təhlükəsizliyi Agentliyinin Rabitə və informasiya texnologiyaları şöbəsinin rəisi Mansur Piriyev
Qida Təhlükəsizliyi Agentliyinin Rabitə və informasiya texnologiyaları şöbəsinin rəisi Mansur Piriyev - Sputnik Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin Rabitə və informasiya texnologiyaları şöbəsinin rəisi Mansur Piriyev

Sərgilərin meneceri Zarina Məmmədova deyib ki, WorldFood Azerbaijan 20 ölkədən olan 207 şirkətin məhsullarından ibarət geniş seçim təklif edir. Belarus, Latviya, Yunanıstan, Türkiyə, Şri-Lanka, İtaliya milli, Altay diyarı, Kabarda-Balkar və Həştərxan (Rusiya) isə regional stendləri ilə çıxış edirlər. Sərginin debütantlarının sayı iştirakçıların ümumi sayının 35%-ni təşkil edir.

© Sputnik / Murad OrujovWorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin meneceri Zarina Məmmədova
WorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin meneceri Zarina Məmmədova - Sputnik Azərbaycan
WorldFood Azerbaijan, Caspian Agro və IpackCaspian sərgilərinin meneceri Zarina Məmmədova

Onun sözlərinə görə, ilk dəfə olaraq sərgidə Dövlət Qida Təhlükəsizliyi Agentliyi (agentlik həm də sərgiyə dəstək göstərir) və Ailə Biznesinə Asan Dəstək (ABAD) ayrıca stend ilə iştirak edirlər.

Ənənəvi olaraq WorldFood Azerbaijan sərgisi bir neçə tematik ekspozisiyaları özündə birləşdirir: qida sənayesi (WorldFood), içkilər (WorldDrink), texnologiyalar (WorldFoodTech). WorldFood bölməsində süd və qənnadı məhsullarının, konservləşdirilmiş qidaların, baqqaliyyə məhsullarının, inqrediyentlərin istehsalçıları, meyvə-tərəvəz ixracatçıları xüsusilə fəal iştirak edirlər. WorldFoodTech bölməsində soyuducu, çörək məmulatlarını bişirmə, məhsulların saxlanması üçün avadanlıqlar və s. təqdim edilir. WorldDrink içki və şirələrin geniş çeşidi ilə fərqlənir, burada çoxsaylı çay növləri və brendlərində də rast gəlmək mümkündür.

WorldFood Azerbaijan-la eyni meydançada Beynəlxalq Xəzər "Qablaşdıram, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2018 sərgisi keçirilir. Ötən illə müqayisədə iştirakçıların tərkibi və təklif olunan məhsulların çeşidi xeyli genişlənib. Sərgi çərçivəsində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən olan eksponentlərə rast gəlmək olar.

WorldFood Azerbaijan 2018 sərgisi bir neçə ildir ki, beynəlxalq sərgi ictimaiyyətinin, yəni, UFI (Beynəlxalq Sərgi Sənayesi Assosiasiyasının) keyfiyyət nişanını alıb. Sərgilərin təşkilatçıları qismində Iteca Caspian (WorldFood Azerbaijan) və Caspian Event Organisers (Caspian Agro) şirkətləri çıxış edirlə.

Sputnik Azərbaycan WorldFood Azerbaijan, Caspian Agro və Ipack Caspian sərgilərinin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0