Павильон XXIII Международной выставки Нефть и газ Каспия 2016

"Caspian Oil and Gas" fəaliyyətinin 25-ci ildönümünü qeyd edir

66
(Yenilənib 00:30 26.04.2018)
Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı

BAKI, 25 aprel — Sputnik. Bu il Xəzər Neft və Qaz "Caspian Oil and Gas" sərgi və konfransı öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Gəlin, keçmişə nəzər salaraq bütün bunların necə başlandığını və hansı uğurlara nail olunduğunu xatırlayaq.

"Caspian Oil and Gas" sərgisi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsi üzrə yeni istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində təsis edilib və "Caspian Oil and Gas" sərgisinin tarixi də məhz o vaxtdan başlayır. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi.

Keçirildiyi ilk gündən Heydər Əliyev adına İdman və Konsert Kompleksində dünyanın 12 ölkəsindən neft-qaz və energetika sektorunun 158 aparıcı şirkətini bir araya toplayan bu sərgi və konfrans yüksək göstəriciyə imza atdı. 

Sərginin iştirakçıları və sponsorları arasında dünya neft və energetika sektorunun aparıcı şirkətləri, o cümlədən "BP", "OMV", "Conoco Phillips", "Statoil", "Total", "Petkim", "TPAO", "RWE" və bir sıra digər şirkətlər var. Sərgi Azərbaycanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər üçün xarici şirkətlərlə əməkdaşlıq etmək və yeni texnologiyaları yerli istehsal prosesində, eləcə də karbohidrogen ehtiyatlarının hasilatında tətbiq etmək üçün geniş imkanlar açmışdır.

Sərginin yüksək statusunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin açılış mərasimində iştirak etməsi təsdiqləyirdi və bu gün, bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müxtəlif ölkələrin liderləri, o cümlədən Böyük Britaniya, Türkiyə və Norveçin baş nazirləri, ABŞ, Fransa və Gürcüstanın prezidentləri, habelə Avropa İttifaqının prezidenti növbəti sərgi və konfransın açılışı münasibətilə Azərbaycanın Respublikasının rəhbərinə öz salamlama məktublarını göndərirlər. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR isə bu sərginin inkişafı naminə öz əvəzsiz töhfələrini əsirgəmirlər.

Sərgini müşayiət edən işgüzar proqramın mühüm tərkib hissəsini isə hər il dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə heyətinin iştirak etdiyi "Caspian Oil and Gas" konfransı təşkil edir. Bu 25 il ərzində sözügedən konfrans Azərbaycanın zəngin neft-qaz və tranzit potensialının, o cümlədən ölkənin xarici investorlar üçün cəlbedici olmasının və işgüzar əməkdaşlıq imkanlarının müzakirə edildiyi əsas tribunaya çevrilmişdir.

İlk Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgisi keçirilən zaman infrastruktur hələ inkişaf etməmişdi və bütün sərgi avadanlıqları xaricdən gətirilirdi. İnternet demək olar ki, yox idi, mobil rabitə yenicə yaranırdı, müştərilərlə əlaqə isə faks vasitəsi ilə həyata keçirilirdi. İlk sərgilərin planları kağız üzərində çəkilirdi, amma indi isə bunu təsəvvür etmək sadəcə qeyri-mümkündür. Lakin Azərbaycan bazarı sürətlə inkişaf edirdi və onunla birlikdə sərgi də sürətlə böyüyürdü. Belə ki, ötən illər ərzində sərgi regionda neft-qaz sənayesinin əsas tədbiri kimi formalaşmışdır və indi burada neft-qaz bazarının əsas oyunçuları iştirak edirlər. 

2005-ci ildən etibarən "Daily News" rəsmi qəzeti sərgi və konfransın işini işıqlandırır. Bu qəzetin hər bir buraxılışı "Caspian Oil and Gas" sərgisinin həm iştirakçıları, həm də nümayəndə heyətləri üçün önəmli bir hadisəyə çevrilir. Belə ki, "Daily News" qəzeti öz səhifələrində sərginin, eləcə də Azərbaycanda və ümumilikdə Xəzəryanı regionda neft-qaz sənayesinin inkişafında iştirak etmiş və hazırda da iştirak edən şirkət və şəxslərin tarixini əks etdirir.

"Caspian Oil and Gas" sərgisi həmçinin dünya sərgi sənayesində də beynəlxalq nüfuz qazana bilmişdir. Belə ki, 2006-cı ildə Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir — "Caspian Oil and Gas" sərgisi müvafiq standartlara cavab verdiyi üçün Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən təqdir olunmuşdur.

Artıq 2010-cu ildən etibarən "Caspian Oil and Gas" sərgisi beynəlxalq sərgi kompleksi olan Bakı Ekspo Mərkəzində keçirilir. Həmin vaxta qədər isə sərgi uzun müddət sərgi iştirakçıları üçün qonaqpərvər ev olan Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilirdi.

Beləliklə, sərgi uzun bir inkişaf yolu keçib və öz unikallığı sayəsində 25 ildir ki, aparıcı tədbir statusunu qoruyub saxlayır. Sərgi və konfransın hər yubileyi bir növ "Caspian Oil and Gas" fondunu təşkil edən xüsusi tədbirlərlə müşayiət olunur. Bu fondun aydın sosial istiqaməti var, belə ki, müxtəlif yubiley illərində "Caspian Oil and Gas" sərgi və konfransda ölkənin ixtisaslaşmış universitetlərinə qəbul zamanı yüksək bal toplayan tələbələr həvəsləndirilmiş, sərgi və konfrans iştirakçıları ağac və güllər əkmiş, incəsənət dəstəklənmişdir (məs.: bəstəkar Tofiq Bakıxanovun əfsanəvi "Xəzər balladası" baletinin səhnələşdirilməsinə sponsorluq, rəssam Sabir Çopuroğlunun neftlə çəkilmiş rəsm ekspozisiyasının təşkili).

Bu il "Caspian Oil and Gas" sərgisinin yubileyi bir neçə əhəmiyyətli tarixə təsadüf edir, belə ki, sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi keçirilir. Həmçinin bu il ölkədə Azərbaycan Demokratik Respublikasının (ADR, 1918) 100 illik yubileyi qeyd edilir. Bu əlamətdar hadisələr sərgi proqramında öz əksini tapacaq.

Sərginin ildönümü ilə əlaqədar olaraq müxtəlif verilişlər hazırlanacaq və sosial şəbəkələrdə bir-birindən fərqli müsabiqələr keçiriləcəkdir. Həmçinin yubiley ilə bağlı xüsusi videolar çəkiləcək. Tədbirin keçirildiyi günlərdə isə sərgi və konfrans iştirakçılarını bir sıra maraqlı hadisələr gözləyir.

Beləliklə, bu gün haqlı olaraq "Caspian Oil and Gas" sərgisini əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.

Qeyd edək ki, Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.

66
Əlaqədar
Bakıda nəqliyyat və daşınmaya dair beynəlxalq sərgi olacaq
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərgi təşkil olunub
Bakıda daha bir maraqlı sərgi keçiriləcək
Bakıda abituriyentlər üçün çox vacib sərgi keçiriləcək
24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı

Yeni sərgi mövsümü: Nəsimi yaradıcılığından aşpazların çempionatına qədər

146
(Yenilənib 19:25 06.03.2019)
Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir

BAKI, 7 mart — Sputnik. Cari ilin aprel ayında növbəti sərgi mövsümü start götürür. Bu il sərgi və konfrans təşkilatçıları - "Iteca Caspian" və "CEO" şirkətləri Azərbaycan Respublikası dövlət strukturlarının dəstəyi ilə 24 sərgi keçirməyi planlaşdırır.

Bu gün sərgilər getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu iqtisadiyyat, texnologiya və digər sahələrin inkişafı ilə şərtlənir. Belə tədbirlər sənaye təmayülləri, rəqib şirkətlər və uğura nail olmaq üçün nə etmək lazım olduğu barədə aydın təsəvvür yaradır. Sərgilər bu və ya digər məhsul, yaxud xidmət barədə məlumat verməklə yanaşı, istehsalçı ilə istehlakçını birbaşa görüşdürən yeganə reklam üsuludur. Sərgilərin səmərəli cəhəti həm də vaxta qənaətdir, çünki sərgi 3-4 gün ərzində bir platformada sənayenin aparıcı iştirakçıları ilə görüşlər keçirmək, danışıqlar aparmaq və faydalı işgüzar tanışlıqlar qurmaq üçün unikal imkanlar yaradır.

Azərbaycanda ticarət-sənaye sərgiləri yeni müştərilər və satış bazarları axtarmaq, eləcə də satışın coğrafiyasını genişləndirmək üçün effektiv vasitədir və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına, o cümlədən investisiya axınının artmasına kömək edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin bir sıra aparıcı sərgilərin hər il ziyarət etməyi ölkədə ixtisaslaşmış sərgilərin əhəmiyyətini və ölkə rəhbərliyi tərəfindən bu tədbirlərə göstərilən diqqəti əyani şəkildə əks etdirir.

Bu il dörd irimiqyaslı sərgi: 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan", 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild", 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiyalar və Yüksək texnologiyalar "Bakutel" sərgi və konfransı, eləcə də 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf mühit "Caspian Ecology" sərgiləri öz ildönümlərini qeyd edir. Keçirildiyi illər ərzində bu sərgilər Xəzəryanı regionda lider mövqeyə çıxaraq peşəkarların ənənəvi görüş yerinə çevrilib və xeyli sayda ziyarətçi cəlb edib. Yubiley sərgilər ilə bağlı xüsusi tədbirlər proqramı nəzərdə tutulub.

Bundan başqa, "BakuBuild", "bakutel", "Securex Caspian" və "EduExpo" kimi bir sıra ənənəvi sərgilər 2019-cu ildə rebrendinq prosesindən keçməklə, yeni imic qazanıb. Loqotiplərin yeni korporativ dizaynı layihənin innovativliyini və dinamikliyini əks etdirir.

Sərgi mövsümü 4-6 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək Turizm və Səyahətlər "AITF" sərgisi ilə açıq elan ediləcək. Ənənəvi olaraq, sərgi dünyanın 30-dan artıq ölkəsini təmsil edən turoperatorlar, turizm şirkətləri, aviaşirkətlər, sanatoriyalar, milli və regional turizm təşkilatları, habelə dövlət strukturlarını bir araya gətirəcək. Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çexiya Respublikası kimi ölkələr sərgidə öz milli stendləri ilə çıxış edəcək. Bu il sərgidə ölkəmizin turizm potensialını həm xarici qonaqlara, həm də daxili turizm nümayəndələrinə nümayiş etdirəcək Azərbaycan stendi də iştirak edəcək. Sərginin daimi iştirakçısı - Dominikan Respublikası Turizm Nazirliyi öz turizm imkanlarını "AITF" sərgisinin ziyarətçilərinə daha aydın şəkildə təqdim etmək məqsədi ilə bu il ilk dəfə olaraq tədbirin sponsoru qismində çıxış edəcək.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi ili" elan edilib. Sərgi təşkilatçıları qonaqlar və iştirakçılar üçün "Tarixə və Nəsimi yaradıcılığına səyahət" təşkil etməklə, "AITF" sərgisi çərçivəsində bu tədbiri qeyd etmək qərarına gəliblər.

Daha sonra sərgi mövsümü "WorldFood Azerbaijan", 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı "Caspian Agro", Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian", Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar "HOREX Caucasus", 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ enerji "Caspian Power", 26-cı Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgiləri ilə davam edəcək. Hər il keçirilən Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" konfransı bu il "Bilgah Beach" otelində keçiriləcək. Plenar sessiyanın mövzusu "Sinerji – qlobal inkişafa aparan yol; Enerji təhlükəsizliyi və sabitliyə doğru" olacaq.

Üç sərgi – 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Transcaspian" sərgisi, 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi "Road & Traffic" sərgisi və 6-cı Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi "Kater və Yaxtalar" sərgisi 11-13 iyun 2019-cu il tarixində yaz sərgi mövsümünə yekun vuracaq. Sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Həmçinin bu il bir sıra layihələr üçün debüt ilidir. Belə ki, 6 aprel tarixində start götürən "Fərqli Fərdlər" konqresinin məqsədi ictimaiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətləri olan uşaqların inkişafına və tərbiyəsinə yönəltmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq, eləcə də dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzulara toxunulan 4 panel təqdim olunacaq: Autizm spektr pozuntusu (ASP), Diqqət çatışmazlığı sindromu və hiperaktivlik sindromu (DÇHS), Turett sindromu və Daun sindromu. Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, psixi pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə məlumat verəcək insanlar yer alacaq. Həmçinin konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf xüsusiyyətləri olan insanlar ilə iş üzrə mütəxəssislər də iştirak edəcəklər. "Fərqli Fərdlər" konqresinin Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB), Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin BP və Shokki Mokki kimi şirkətlər tərəfindən dəstəklənir.

Təşkilatçıların portfelinə daxil olan daha bir yeni layihə isə 6-7 noyabr tarixində "Fairmont" otelində keçirilməsi planlaşdırılan 1-ci Azərbaycan Beynəlxalq Tibbi innovasiyalar "MEDINEX 2019" sərgi və forumu olacaq. Tədbirin məqsədi sənayenin gələcək inkişafı naminə bu sahənin, o cümlədən rəqəmsal səhiyyə sektorunun müxtəlif mütəxəssislərini bir araya gətirməkdir.

Azərbaycanda keçiriləcək bütün sərgilər geniş işgüzar proqram və əlavə tədbirlər proqramı ilə müşayiət olunacaq. Belə ki, sərgi iştirakçıları ilə yerli istehsalçılar və distribyutorlər arasında "B2B" formatlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlər eksponentlərə potensial tərəfdaşlar, sifarişçilər ilə görüşmək üçün əlavə imkan yaradacaq. Sərgilərin açılışından xeyli əvvəl iştirakçılara sərgilərdəki bütün resurslar və imkanlardan səmərəli şəkildə istifadə olunmasında köməklik etmək üçün işgüzar səhər yeməyi ənənəsi davam etdiriləcək. "WorldFood Azerbaijan" sərgisi çərçivəsində Azərbaycan aşpazları çempionatı, Barbekyu çempionatı və dünya səviyyəli qastronomiya ustalarının təqdimatları, eləcə də ustad-dərsləri ilə əlamətdar olacaq Azərbaycan Aşpazlarının 2-ci konqresinin keçirilməsi planlaşdırılır. Təşkilatçılar sərgilərin veb-saytlarında ziyarətçilərə bir sıra üstünlüklər – sərgilərdə iştirak, əlavə tədbirlər proqramı və digər tədbirlər barədə ətraflı məlumat əldə etmək imkanı verən "Şəxsi kabinet"dən fəal istifadə etməyi tövsiyə edirlər.

Beləliklə, növbəti sərgi mövsümü bütün sənaye sahələrinin peşəkar və mütəxəssisləri üçün qısa müddət ərzində xeyli aktual və faydalı məlumatlar əldə etməyə, biznesdə yeni istiqamətlər tapmağa, etibarlı tərəfdaşlar ilə görüşməyə, eləcə də yeni şirkətlərdə Xəzəryanı regiona maraq yaradaraq onları bu regiona cəlb etməyə imkan yaradacaq.

Sputnik Azərbaycan "Iteca Caspian" və "CEO" şirkətlərinin 2019-cu ildə təşkil etdikləri sərgi və konfransların informasiya tərəfdaşıdır.

146

Azərbaycanlı müəllif olduqca realist oyuncaqlar təqdim edib

279
(Yenilənib 14:39 06.12.2018)
Olduqca realist görünən xəyali heyvan oyuncaqlarının yaradıcısı Toğrul Səmədov öz işlərini “Bakutel 2018” sərgisi çərçivəsində təqdim edib və onların sıfırdan yaradılma prosesi haqqında danışıb.

“Nafantano” brendi altında təqdim olunan oyuncaqlar olduqca realist görünüşü ilə fərqlənir. Amma ən maraqlı cəhəti odur ki, oyuncaqlar sıfırdan “Nafantano” komandası tərəfindən yaradılır. Brendin yaradıcısı və müəllifi Toğrul Səmədov isə ən xırda detala bilə, fikir verdiklərini vurğulayıb.

Bu qədər çox xırda əl işi tələb edən oyuncaqlar təbii ki, yüksək dəyərə malikdir. Qiymətlər 400 dollardan başlayır. Buna görə də hədəf daha çox ABŞ və Avropadır.

Qeyd edək ki, “Bakutel 2018” sərgisi dekabrın 7-nə qədər davam edəcək. Sputnik Azərbaycan “Bakutel 2018” 24-cü beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının informasiya tərəfdaşıdır.

279
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0