CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bölgənin əsas turizm tədbiri keçiriləcək

© Photo : пресс-служба ITECAITECA sərgisi
ITECA sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək və turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcək

BAKI, 6 mart — Sputnik. 5-7 aprel tarixində ölkəmizin turizm sənayesində əsas tədbir olan 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi öz işinə başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək, turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcək. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir. 

Oğuz rayonunun Xalxal kəndinə içməli suyun verilməsi mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məşhur turizm cənnəti içməli su ilə təmin edildi

“AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Sərginin ənənəvi iştirakçısı — Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. 

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, Indoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır. 

“AITF” sərgisi Azərbaycanda daxili turizmin inkişafını fəal şəkildə əks etdirir və bu il də istisna olmayacaq, belə ki, hər zaman olduğu kimi, bu il ölkənin turizm potensialı yerli regionlar tərəfindən nümayiş olunacaq. Ənənəvi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA) ayrıca stendlə təmsil olunacaqlar. 

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəmizə bu bölgədən gələn turistlərin sayı artır

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AITF” ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi keçiriləcək. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Beləliklə, “AITF 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

Sputnik Azərbaycan “AITF 2018”-in informasiya tərəfdaşıdır.

Xəbər lenti
0