Elmira Rəhimova, arxiv şəkli

Cəvahirləl Nehrunu heyran etmişdi, indi xəstəlik heydən salıb

47
(Yenilənib 16:03 13.08.2021)
Uzun müddətdir ki, səhhətindəki problemlərə görə televiziya kanallarından uzaqlaşan müğənni "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu bəyaz gecədə", "Mən qurbanam", "Dinlə məni sevgilim" və s. kimi 100-lərlə mahnının müəllifidir.

BAKI, 13 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, o, 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Texnikumunu və Azərbaycan Dövlət Dillər İnstitutunu bitirən sənətkar 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.

50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edən müğənni dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib.

Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı hind tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ən maraqlısı odur ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş ediblər.

Xalq artisti uzun müddətdir ki, səhhətində yaranan problemlərə görə televiziya kanallarından uzaqlaşıb. "İntizar", "Tələbəlik illəri", "Sən yadıma düşəndə", Bağışla", "Bu bəyaz gecədə", "Mən qurbanam", "Dinlə məni sevgilim", "Bir xumar baxış" və s. kimi 100-lərlə mahnının müəllifidir.

Müğənnini Anand adında bir oğlu və iki nəvəsi var.

Qeyd edək ki, Xalq artisti bir müddət öncə dünyanı cənginə alan koronavirusa yoluxmuşdu. İndi nəvəsinin də ağır xəstəliklə mübarizə apaması müğənninin ruh düşkünlüyünə səbəb olub.

 

47

Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq

2968
(Yenilənib 15:24 15.09.2021)
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

BAKI, 15 sentyabr — Sputnik. Bu gün Bakının işğaldan azad olunmasının 103-cü ildönümüdür.

Sputnik Azərbaycan bildirir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin (Sentrokaspi diktaturası) Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar işğal altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş qüvvələr Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.

Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. 

Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

2968
Teqlər:
Bakı, erməni daşnakları, daşnak-bolşevik qüvvələri, işğaldan azad etmə, Osmanlı, Türkiyə, Azərbaycan
11 sentyabr ABŞ

Əkiz qüllələrin yerlə-yeksan edilməsindən 20 il ötür

15
2001-ci ilin 11 sentyabrında törədilmiş, ABŞ və dünya tarixində misli görünməmiş bu terror aktı nəticəsində təxminən 3 min insan həlak olub.

BAKI, 11 sentyabr - Sputnik. Bu gün 2001-ci ilin 11 sentyabrında ABŞ-da törədilmiş dəhşətli terror aktlarının 20 ili tamam olur. 

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və dünya tarixində misli görünməmiş bu terror aktı nəticəsində təxminən 3 min insan həlak olub.

Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.

Hadisənin araşdırılması ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına ABŞ-ın kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar 11 sentyabr terror aktlarında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən Taliban* hərəkatına qarşı yönəlib.

11 sentyabr hadisələri ilə əlaqədar bu gün ABŞ-da “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

Terror aktının onuncu ildönümündə - 2011-ci ildə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

Qeyd edək ki, 11 sentyabr hadisələrindən sonra Əfqanıstana girən ABŞ və koalisiya qüvvələri 2021-ci il avqustun 31-də ölkəni tərk edib. Taliban* isə yenidən Əfqanıstanda hakimiyyətə gəlib.

* Rusiya və dünyanın bir sıra ölkələrində qadağan edilmiş təşkilat 

15
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəblərdə yeni dərslik tətbiq olunacaq

0
(Yenilənib 14:38 16.09.2021)
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.

BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".

R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".

Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".

0