Binəqədidə hadisə yerində

Fərəh, Ayan, Ayxan, Ömər... Azərbaycan onları uğurları ilə yox, faciələri ilə tanıdı

45
(Yenilənib 11:13 19.05.2021)
Bu gün Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğından 6 il ötür.

 

BAKI, 19 may — Sputnik. Bu gün Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğından 6 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, yanğın nəticəsində 3 yaşlı Fərəh, 5 yaşlı Ayan, 2 yaşlı Ayxan və 1 yaşlı Ömər, 16 yaşlı Davud Eyvazov, ümumilikdə isə 15 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.

Yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov saxlanılıblar.

Hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 3 iyun 2019-cu ildə azadlığa buraxılıb.

Eləcə də oxuyun:

* Narkoman ana və Abşeronda səfil vəziyyətdə tapılan dörd körpənin aqibəti

* Nə edək, polad çətir altında gəzək? - Yeni tikilən binalar ölüm kabusuna çevrilib

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

45
Azərbaycanın ümumtəhsil müəssisələrində Son zəng həyəcanı

Bu gün məktəblərdə "Son zəng"dir

872
(Yenilənib 09:31 14.06.2021)
On birinci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində "son zəng" iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək.

BAKI, 14 iyun - Sputnik. Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir.

Report xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutur.

Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.

Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.

Həmçinin 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

872
Hökümə Qurbanova, arxiv şəkli

Hökümə Qurbanovanın anadan olmasından 108 il ötür

15
İstedadlı aktrisa Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu" monoqrafiyasını yazıb.

BAKI, 11 iyun — Sputnik. Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə həmişə müvəffəq olub.

Sputnik Azərbaycan xəbər verir ki, anadan olmasının 108-ci ildönümü tamam olan görkəmli sənətkar yaratdığı bənzərsiz rollar qalereyası ilə bu gün də sənətsevərlərin qəlbində yaşayır.

Hökümə Qurbanova 1913–cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Aktyorluq fəaliyyətinə 1933-cü ildə "Azərbaycanfilm" Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü ilə "Almas" filmində Yaxşı rolunda çəkilib. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilib. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu "Vaqif" tamaşasında gürcü qızı Tamara olub.

İstedadlı aktrisa Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında "Onun sənət ulduzu" monoqrafiyasını yazıb.

Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının "1905-ci ildə" tamaşası), Xuraman (S.Vurğunun "Vaqif"), Hermiona (U.Şekspirin "Qış nağılı"), Xumar (H.Cavidin "Şeyx Sənan"), Süsən (A.Şirvanzadənin "Namus"), Basantasena (Y.Osnos və B.Binnikovun "Hind gözəli") obrazlarında lirizm, romantik vüsət güclüdür.

Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirib. O, bu gün də ekranlardan düşməyən "Uzaq sahillərdə" filmində Anjelikanı, "Ögey ana"da Dilarəni məharətlə səsləndirib.

Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaradıb. Onun yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən "Antoni və Kleopatra" tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaradıb. Həmin tamaşadan lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlib.

Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib.

Hökümə Qurbanovanın "Bir ailə", "Onu bağışlamaq olarmı?", "Əmək və qızılgül", "İnsan məskən salır" filmlərində çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.

Neçə-neçə obrazları yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova görkəmli aktyor Ələsgər Ələkbərov, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olub. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirib. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olub. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4 mart tarixli Sərəncamına əsasən Hökümə Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı bu gün də gənc nəsil üçün məktəb olaraq qalmaqdadır.

Həmçinin oxuyun:

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

15
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0