Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün Arif Quliyevin doğum günüdür

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Ариф Гулиев
Народный артист Азербайджана Ариф Гулиев - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşuldu, ağciyərlərinin 90 faizi buzlaşdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

BAKI, 16 may — Sputnik. Mayın 7-də dünyasını dəyişən Xalq artisti Arif Quliyevin ad günüdür. Yaşasaydı, aktyorun 71 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan xəbər verir ki, ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

A.Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Eləcə də oxuyun: 

Mahnıları dillər əzbəri olan bəstəkarımızın doğum günüdür

İP qurbanı olan məşhurlar - buna görə cəza tətbiq olunurmu?

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

 

Xəbər lenti
0