Xudafərin körpüsü

Arazda xanlıq, Xudafərində tab qalmadı. Bu necə bir səbirmiş...

35
(Yenilənib 23:55 22.08.2020)
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb.

BAKI, 23 avqust — Sputnik. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal edilməsindən 27 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.
Rayonda 90 kənd var və hazırda yalnız onlardan biri - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıblar. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. 

Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.

35
Əlaqədar
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"
Ermənistanın Gəncə hədəsinə Azərbaycan Müdafiə Nazirliyindən cavab
XİN: Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyə son qoymalıdır
Tovuzla Gədəbəy yenə pulemyot atəşi altında
Serj Sarqsyanın Naxçıvan xülyası - Sərsəm arzular silsiləsindən
Эмблема и флаги участников Содружества Независимых Государств

Yaxın tariximizin taleyüklü qərarlarından birinin qəbul olunduğu gün

8
(Yenilənib 08:19 24.09.2020)
Azərbaycan Respublikası qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir.

BAKI, 24 sentyabr — Sputnik. 1993-cü il sentyabrın 24-də ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin gün MDB Nizamnaməsi Azərbaycan rəhbərliyi tərəfindən ratifikasiya olunub.

Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

8
Əsrin müqaviləsinin imzalanması - 1994-cü il 20 sentyabr

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 26 il ötür

11
(Yenilənib 11:27 20.09.2020)
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

BAKI, 20 sentyabr — Sputnik. Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 26 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü" kimi qeyd olunur.

"Əsrin müqaviləsi"ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları bunlardır: BP (30,1%), "AzBTC" (25%), "Chevron" (8,9%), "Equinor" (əvvəlki "Statoil") (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, "Chevron", "Inpex", "Equinor" (əvvəlki "Statoil"), "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 30 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

11
Əlaqədar
Cəbiş müəllim "Əsrin müqaviləsi"ndən danışır
"Əsrin müqaviləsi"ndən 17 il mənfəət götürmüşük
Politoloq Azərbaycanın müstəqillik tarixində “Əsrin müqaviləsi”nin rolundan danışır
“Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirik” – Əsrin müqaviləsi bizə nə verdi
XİN “Əsrin müqaviləsi”nə münasibət bildirdi

Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi özünü yetirib

3
(Yenilənib 09:00 24.09.2020)
"Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Koronavirus pandemiyası dövründə mövsümi infeksion xəstəliklərin baş qaldırması vəziyyəti daha da çətinləşdirəcək". Bu barədə yerli mətbuata pediatr Vaqif Qarayev bildirib. O, deyib ki, payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Onun sözlərinə görə, həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.

"The Daily Telegraph" qəzeti də mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxmanın (super infeksiya) insanın ölüm riskini xeyli artırdığına dair Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.

"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq", - deyə qripli pasiyentlər xəstəxanaya yerləşdirilən zaman koronavirusa yoluxma təhlükəsinə diqqət çəkən PHE-nin tibbi direktoru İvonn Doyl bildirib.

Qeyd edək ki, artıq ölkəmizdə yeni tədris ilinin ilk həftəsindən koronavirusa yoluxma halları aşkarlanıb. Bəs görəsən uşaqlar arasında koronovirusla yanaşı mövsümi infeksiyalara yoluxma hallarının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, iki infeksiya orqanizmə düşdükdə xəstəlik daha da ağır keçir: "Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır".

Bununla belə baş pediatr indidən payız-qış mövsümündə vəziyyətin çətin olacağını söyləməyin tez olduğunu bildirir. N.Quliyev deyir ki, hava soyuyanda mövsümi xəstəliklər də artır. Amma koronavirusa görə aparılan qorunma tədbirləri hər birimizi mövsümlə yayılan viruslardan da qorumuş olur: "Bu, bir gümandır. İnsanları xəbərdar edirlər ki, havalar soyuyanda viruslara qarşı ehtiyatlı olun. Çünki, mövsümlə bağlı virusların törətdikləri xəstəliklər daha da artır. Amma nəzərə almalıyıq ki, biz indiyə qədər etmədiklərimizi edirik. Koronavirusa görə aparılan tədbirlər sayəsində həm də digər viruslara qarşı da qorunuruq. Ona görə də tək koronavirusun yox, digərlərinin də yayılması ehtimal ki, az olacaq. Bu gün əksəriyyətimiz maska taxıb məsafəni qorumaqla yanaşı gigiyenaya əməl edirik. Bu tədbirlər bizi mövsümi viruslardan da qoruyur".

N.Quliyev ölkəmizə gətirilməsi planlaşdırılan mövsümi qripə qarşı peyvəndin də bu baxımdan böyük əhəmiyyətinin olacağını söyləyir. Baş pediatr bildirir ki, bu peyvəndlərin epidemioloji vəziyyətlə bağlı uşaqlara vurulması da zəruridir: "Artıq məktəblilər arasında koronavirusa yoluxma halları var. Payız mövsümündə şagirləri mövsümi viruslardan qorumaq da lazımdır. Hələ ki bu peyvəndlərin kimlərə vurulacağı bəlli deyil. Güman ki, risk qrupuna daxil olan şəxslər peyvənd ediləcək. Əlbəttə ki, yaşlı şəxslər ön plandadır. Daha sonra xidmət sahələrində çalışanlar vaksin edilməlidir. Qripə qarşı peyvəndlə orqanizmi mövsümi viruslardan müdafiə etmək olar. Amma bununla yanaşı, deyilən tələblərə də əməl edilməlidir. İnsanlar mütləq havaya uyğun geyinməli, qidalanmalarına diqqət etməlidirlər. Uşaqları səhər məktəbə ac yola salmaq olmaz. Bu onların immun sistemini zəiflədir. Təəssüf ki, bəzi valideynlər uşaq məktəbə gecikməsin deyə onu ac yola salır. Bu isə onun orqanizminin xəstəliklərə qarşı müdafiəsini zəiflədir".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa mövsümi qriplə eyni anda yoluxma xəstənin vəziyyətini ağırlaşdıra bilər: "Ola bilər ki, adi qripi insan yüngül keçirsin. Amma koronavirusa yoluxub həmçinin qripə yoluxma insanın səhhətini daha ağırlaşdırır. Çünki iki virusla orqanizmin mübarizə aparması çətin olur. Ona görə də, insanlar özlərini pandemiya dövründə mövsümi xəstəliklərdən də qorumalıdırlar. Orqanizm virusdan zəiflədikdə müqavimət zəifləyir. Belə halda isə ölüm riski artır".

3