Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

26
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

26
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov

Xatirəsi həmişə ürəyimizdə yaşayacaq dahi

31
(Yenilənib 08:56 18.09.2020)
Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

BAKI, 18 sentyabr - Sputnik. 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu gün dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümüdür.

Üzeyir Hacıbəyov 1885-ci ilin 18 sentyabrında Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alıb. Şəhərin zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəyovun musiqi tərbiyəsində mühüm rol oynayıb. Sonrakı illərdə Qori Müəllimlər Seminariyasında aldığı təhsil onun dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib.

Bir neçə il sonra Bakıya gələn Ü. Hacıbəyov əvvəlcə, Bibiheybətdə, sonra isə "Səadət" məktəbində dərs deyib. O, Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində, habelə "İrşad" qəzetində çalışıb.

Bədii yaradıcılığa publisistika ilə başlayan Ü. Hacıbəyov müxtəlif mətbu orqanlarda "Filankəs", "Behmankəs", "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban" təxəllüsləri və ləqəbləri ilə məqalələrini dərc etdirib. Məşhur publisist, pedaqoq ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1935-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 3 il sonra isə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Ü.Hacıbayov müsəlman şərqində ilk operanın müəllifi kimi tarixə düşüb.

Lakin dahi Üzeyir Hacıbəyovun Azərbaycan tarixindəki müstəsna xidmətləri təkcə bunlarla yekunlaşmır. Ötən əsrin 30-cu illərində bolşevik diktaturasının xalqa zülmü ən yüksək həddə çatanda, repressiya illərində imperiya rəhbərliyi yalnız əsarət altında saxladığı xalqları deyil, onların milli-mənəvi dəyərlərini, qədim mədəniyyətlərini, incəsənətlərini də məhv etməyə çalışırdı. Otuzuncu illərdə tarın "açıq məhkəməsi" keçirilirdi. Üzeyir Hacıbəyov Müslüm Maqomayevlə birlikdə (Bu gün həm də Müslüm Maqomayevin doğum günüdür — red.) Azərbaycan xalq musiqisinin ifasında geniş istifadə edilən simli musiqi alətini bolşevik caynağından xilas etdi.

Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının darmadağın olunması üçün milyonlarla ölkə sakini kimi Ü.Hacıbəyov da Qızıl Orduya əlindən gələn köməyi edirdi. Onun Dövlət Bankına şəxsi əmanətlərindən “Azərbaycan İncəsənəti” tank dəstəsinin istehsalı üçün 25.000 rubl köçürməsi, eləcə də digər xidmətləri bu şəxsiyyətin tariximizdəki misilsiz xidmətlərindəndir.

Azərbaycan dilində milli operanın, bir sıra musiqili komediyaların, kamera — instrumental, orkestr əsərlərinin, bir sıra mahnıların yaradıcısı, əbədiyaşar ictimai xadim, vətənpərvər ziyalı 1948-ci ilin 23 noyabrında vəfat edib.

31
11 sentybar teraktı, arxiv şəkli

Planeti vahiməyə salan terror hücumlarının ildönümüdür

16
(Yenilənib 10:16 11.09.2020)
2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub.

BAKI, 11 sentyabr — Sputnik. On doqquz il əvvəl, 2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

16
Teqlər:
11 sentyabr hadisələri, 11 sentyabr terror aktı, terror aktı, terror
 Pandemiya zamanı imtahan

Daha bir pillə üçün ixtisas seçimi başlayır

0
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq

BAKI, 19 sentyabr — Sputnik. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən başlayır. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

0