Polis əməkdaşları, arxiv şəkli

Hər zaman keşiyimizdə - bu gün onların bayramıdır

25
(Yenilənib 09:49 02.07.2020)
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası dövründə ən böyük yük həkimlərlə yanaşı, məhz onların çiyinləri üzərinə düşür

BAKI, 2 iyul — Sputnik. Bu gün polislərin peşə bayramı günüdür. Sputnik Azərbaycan-ın xəbərinə görə, 1998-ci ilədək hər ilin 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilsə də, elə həmin ilin 24 may tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti olmuş Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. Beləliklə, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası dövründə ən böyük yük həkimlərlə yanaşı, məhz onların çiyinləri üzərinə düşür.

Peşə bayramınız mübarək!

25
Əlaqədar
Yeni igidlərimizi siz də tanıyın - SİYAHI
Bakıdakı polis postları niyə yığışdırılır?
Polis sabahdan nəzarəti daha da gücləndirəcək: icazəni də kameralar "yoxlayacaq"
Polis səsgücləndiricilərlə hərəkətə keçdi - VİDEO
Polislə "qaçdı-tutdu" büdcəyə xeyir verəcək
Dieqo Armando Maradona

Dieqo Maradona 60 yaşında

21
(Yenilənib 13:48 30.10.2020)
Dünya futbolunun əfsanəsi ad günü ərəfəsində verdiyi müsahibədə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", deyib.

BAKI, 30 oktyabr — Sputnik. Özünə xas davranış tərzi, danışıq üslubu ilə seçilən Argentina və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona bu gün 60 yaşını qeyd edir. Sputnik Azərbaycan-ın Türkiyənin NTV Spor saytına istinadən verdiyi məlumata görə, 30 oktyabr 1960-cı ildə Buenos-Ayresdə dünyaya göz açan Maradona futbol karyerasına 9 yaşında ikən "Estrella Roxa" məhəllə komandasında başlayıb.

Gənc yaşlarından topla qıvraq davranışına görə insanların diqqətini çəkən argentinalı oyunçu qısa müddətdə "Los Cebollitas"a, oradan da "Argentinos Juniors"a transfer olunaraq hələ 16 yaşı tamam olmamış peşəkar müqaviləyə imza atıb.

Bununla belə, Dieqo Maradona əsl futbol karyerasına 1982-ci ildə transfer olduğu "Boca Juniors" komandasında başlayıb. Həmin komandada cəmi bir mövsüm oynadıqdan sonra İspaniyanın nəhəng Barselona klubu onun üçün minnətçi düşüb. Barselona həmin vaxt argentinalı futbolçuya o dövrün ən yüksək qonorarını – 5 milyon funt pul təklif edib. Maradona bu komandada iki mövsüm oynayandan sonra 6.9 milyon funt qarşılığında İtaliyanın Napoli komandasına transfer olunur.

1987-1988-ci illər futbol mövsümündə İtaliyanın bombardiri olan Maradona Napoli komandasının tərkibində 2 İtaliya Kuboku, İtaliya Super Kuboku, UEFA Avropa Liqası və 2 İtaliya Liqası çempionluğunu yaşayır.

Bununla belə, Dieqo Maradonanın futbol karyerasında ən yüksək zirvə onunda tərkibində çıxış etdiyi Argentina Milli Komandasının 1986-cı ildə Dünya Kubokunu qazanması olur. Həmin vaxt Argentina yığmasının Almaniya Federativ Respublikasını 3:2 hesabı ilə məğlub etdiyi final oyununa ev sahibliyi edən Azteka Stadionunda 115.000 tamaşaçı olub.

Çempionatın ən maraqlı anlarından biri isə dörddə bir final oyununda yaşanır. İngiltərə yığması ilə qarşılaşan Argentina milli komandası 2:1 hesabı ilə qalib gəlir və hər iki qolu Maradona vurur. Oyunçunun ilk topu qapıya əllə göndərməsi futbol aləmində böyük səs-küyə səbəb olur və tarixə düşür. Daha sonra iştirak etdiyi bir televiziya proqramında bu hadisəni şərh edən Maradona "O topu vuran Tanrının əli idi", – deyir.

Dünya futbolunun əfsanəsi bir neçə gün əvvəl jurnalistlərə verdiyi müsahibəsində isə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", – deyə bildirib.

Qeyd edək ki, yaşadığı stresli günlərdən sonra kokain istifadə etməsi Dieqo Maradonanın futbol karyerasını yoxuşa sürükləyən əsas amil olub.

21
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

19
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

19
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə