CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərb və sülh: birilərinin səhvi başqalarına dərsdir

© Sputnik / Leonid Dorensky / Mediabanka keçidВеликая Отечественная война 1941-1945 гг
Великая Отечественная война 1941-1945 гг - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan oxucuları üçün müharibələr haqda maraqlı faktlar toplayaraq biliklərini möhkəmlətməyi təklif edir.

Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür, Viktor Hüqo yazırdı. Albert Eynşteynin fikrincə isə “Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir”.

Deyilənə görə, son 3500 il ərzində dünyada cəmi 230 il sülh olub.  Belə görünür, insan övladı müharibəsiz yaşaya bilmir, kimi öz iradəsini yeritmək, kimi başqasının torpağını, sərvətlərini ələ keçirmək, kimi isə sadəcə axmaqlığı ucbatından, ya da tarixdə ad qoymaq istəyilə qan tökməkdən, ömürləri bitirməkdən çəkinmir.

Bu gün 9 May – faşizm üzərində Qələbənin 75 illiyi qeyd olunur. Babalarımızın şücaəti, nənələrimizin əzmi, insanlığın məhv olmayacağı ümidi ilə bu günlərə gəlmişik. Kaş bundan sonra müharibələr olmaya!

Sputnik Azərbaycan oxucuları üçün müharibələr haqda maraqlı faktlar toplayaraq biliklərini möhkəmlətməyi təklif edir. Birilərinin səhvləri başqalarının onları təkrar etməməsi üçün dərsdir!

 

Xəbər lenti
0