CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test: Səsiniz gəlsin! 

© Pexels Katrien GrevendonckМикрофон, фото из архива
Микрофон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan – gözəl səsli insanların vətənidir, baxın, nə qədər məşhur müğənnimiz var! Bəs sizin necə, telefona yazılan səsiniz xoşunuza gəlir?

Səs bahalı daş-qaş kimidir, onun hər üzündə bir elmdən nişanə var. Həm insanlar, həm də heyvanlar üçün vokal ünsiyyət həyati vacibdir, ona görə də səsi öyrənən elm fiziologiya, biologiya və bioakustikanı birləşdirir. 

Sputnik Azərbaycan bildirir ki, səs üçün xüsusi tarix ayıraraq aprelin 16-nı Səs Günü elan etmək təklifi ilk dəfə 1999-cu ildə Braziliyada irəli sürülüb. Bu, həkim Nedio Şteffenin başçılıq etdiyi «Sociedade Brasileira de Laringologia e Voz - SBLV» (Braziliya larinqologiya və səs cəmiyyəti) assosiasiyasına daxil olan terapevt, loqoped və musiqi müəllimlərinin birgə təşəbbüsü idi.

2002-ci ildə portuqaliyalı həkim, Avropa larinqologiya cəmiyyətinin prezidenti Mario Andrea Səs Gününü bütün dünyada qeyd etməyi təklif etdi.  Həmin ildən Ümumdünya Səs Günü (World Voice Day) qeyd olunmağa başlandı. Onun əsas məqsədi günümüzdə səsin bütün insanlar üçün əhəmiyyətini nümayiş etdirmək, səslə bağlı problemlərin, xəstəliklərin aradan qaldırılmasına dəstək göstərmək, səsin funksiyaları və tətbiq sahələrinin genişləndirilməsi üçün tətdiqatları təşviq etməkdir.

Azərbaycan – gözəl səsli insanların vətənidir, baxın, nə qədər məşhur müğənnimiz var! Bəs sizin necə, telefona yazılan səsiniz xoşunuza gəlir? Əgər cavabınız müsbətdirsə, təbrik edirik, siz dünya əhalisinin 0.0001% qismini əhatə edən xoşbəxtlərdənsiniz.

Sizin üçün səslə bağlı maraqlı test hazırlamışıq. Biliklərinizi yoxlayın və səsinizi qoruyun!

Xəbər lenti
0