ADR

Milli parlamentarizm ənənəsinin qoyulduğu gün

29
Yüz il əvvəl Azərbaycanda tarixi qərara imza atılıb

BAKI, 19 noyabr - Sputnik. 1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurasının iclasında Xalq Cümhuriyyətinin geniş tərkibli parlamentinin (Müəssislər Məclisi) çağrılması barədə qərar qəbul edilib.

Yeni parlamentin 120 deputatdan təşkil olunması qərara alınıb: 80 yer müsəlman (azərbaycanlı) əhaliyə, 21 yer ermənilərə, 10 yer ruslara, 4 yer digər milli azlıqlara (alman, yəhudi, gürcü, polyak), 5 yer isə neft sənayeçiləri və həmkarlar ittifaqlarına ayrılıb.

29