Tofiq Quliyev

Ürəkləri fəth etmiş azərbaycanlı bəstəkar

36
Unudulmaz bəstələrin müəllifi olan Tofiq Quliyev 101 il əvvəl dünyaya göz açıb

BAKI, 7 noyabr — Sputnik. 1917-ci il noyabrın 7-də görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin müəllifi, SSR Xalq Artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyev Bilgəhdə anadan olub (1917-2004). 

Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsil bəstəkarların yaradıcılığında bir ənənə şəklində davam və inkişaf edib. İki yüzdən çox mahnı yazan T.Quliyev 1951-ci ildə “Azərbaycan xalq rəqsləri” toplusunun hazırlanmasında iştirak edib. Tofiq Quliyevin mahnılarını Rəşid Behbudov, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova, “Qaya” vokal instrumental ansamblı ifa edib. Onun mahnıları çoxlu sayda Azərbaycan filmlərində də səsləndirilib.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

36