İstanbul

İmperiyanın sonu yeni dövrə keçid

42
(Yenilənib 08:29 01.11.2018)
Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir

BAKI, 1 noyabr — Sputnik. 1922-ci il noyabrın 1-də Mustafa Kamalın təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) monarxiya üsul-idarəsinə son verməklə qaldırmaqla Osmanlı imperiyasını ləğv etdi. 

Osmanlı sülaləsinin hakimiyyəti 623 il sürüb, 1299-cu il iyulun 27-dən 1922-ci il noyabrın 1-dək davam edib.

Osmanlıların səltənəti bir tək sülalədən gələn tarixin ən uzun ömürlü səltənəti olub.

Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulub. Osmanlı dövləti Bizans İmperiyasına (1453) son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirərək öz paytaxtına çevirib. Konstantinopolun adı dəyişdirilərək ona İstanbul adı verilib. 

XVI-XVII əsrlərdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılıb. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam edib. Yaxın Şərq, Şimali Afrika, Kiçik Asiya, Cənub-Şərqi Avropa, Qafqazda geniş ərazilər bu dövlətin tərkibində olub.

42
Teqlər:
Türkiyə Böyük Millət Məclisi, Osmanlı İmperiyası, Söyüdlü, Biləcik, Türkiyə, Yaxın Şərq, Qafqaz, Kiçik Asiya, Şimali Afrika
Əlaqədar
İstirahət günü üçün əsas xəbər verildi
Beynəlxalq Müəllimlər Günü
Süpürgəçilərlə seks və qardaşa qarşı qisas: Özünə unudulmaz ad günü keçirdi