Səsvermə

Əbülfəz Elçibəyə etimadsızlıq günü

317
(Yenilənib 01:56 29.08.2018)
1993-cü ildə "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox" demişdi

BAKI, 29 avq — Sputnik. 29 avqust 1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi — referendum keçirilib. MSK-nın rəsmi məlumatına görə, referendumda ölkə üzrə qeydə alınmış seçicilərin 92 faizi iştirak edib. Referenduma çıxarılan "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox", 2,1 faizi "hə" cavabı vermişdi. Referendumun nəticəsinə əsasən, Milli Məclis növbədənkənar prezident seçkilərinin (3 oktyabr 1993) keçirilməsi barədə qərar qəbul etdi.

317
Teqlər:
Milli Məclis, AXC, Əbülfəz Elçibəy, Azərbaycan, prezident, referendum, Əbülfəz Elçibəy, Azərbaycan
Əlaqədar
Elçibəy ailəsinə ağır itki üz verib
Elçibəy dövrünün məmuru vəfat edib
Millət vəkili: “Elçibəy millətə dövlətdən daha çox önəm verirdi”
İsa Qəmbər: “Elçibəy Rəsulzadənin yolunu davam etdirən lider idi”
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Bu gün Yel çərşənbəsidir

39
(Yenilənib 00:29 09.03.2021)
Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

BAKI, 9 mart - Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır. Xanımlar evlərdəki yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar. 

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

Sonuncu – Torpaq çərşənbəsi martın 16-da olacaq.

39

8 Mart - Beynəlxalq Qadınlar Günü

14
(Yenilənib 00:24 08.03.2021)
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

BAKI, 8 mart - Sputnik. Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda isə bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart Azərbaycanda qeyri-iş günüdür.

14

cür qənaət edirsiniz?

0
0