QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kəlbəcərin işğalından 25 il keçir

CC BY 2.0 / Niyaz Bakılı / Khudavang albanian monasteryСело Ванг Кельбаджарского района Азербайджана. Архивное фото
Село Ванг Кельбаджарского района Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib

BAKI, 2 aprel — Sputnik. Bu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalı günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Kəlbəcərin işğalından 25 il ötür.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb. 

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan prezidenti: İşğalla heç vaxt barışmayacağıq

Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi. Bu rayon öz ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, "Laçınqaya". Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

İşğalda yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub. Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.

Qeyd edək ki, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

Xəbər lenti
0