Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan səhnəsinin gözəllik pərisi

© Photo : public domainLeyla Bədirbəyli
Leyla Bədirbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Maraqlı həyat sürmüş görkəmli aktrisamız Leyla Bədirbəyli 98 il əvvəl dünyaya gəlib

BAKI, 8 yanvar — Sputnik. Azərbaycanın görkəmli teatr xadimi, Azərbaycan SSR Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları Laureatı Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubuna — qadınların dərnəyinə gedib. Qızını da özü ilə aparıb. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən ilk ailəsini Fərəc Cavanşirovla qurub. 1937-ci ildə isə bu ailədə Leyla ilk oğul övladını, Cavanşiri həyata gətirib. 

Leyla ilə Fərəcin birgə ailə həyatları uzun çəkmir və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı — Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları — Bikə anadan olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. 

Xəbər lenti
0