Yeni milli valyutanın təqdimatı

© Sputnik / Murad OrujovКупюры достоинством в 100 манатов
Купюры достоинством в 100 манатов - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub

BAKI, 28 dekabr — Sputnik. 2005-ci il dekabrın 28-də Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın — manatın denominasiyası həyata keçirilib.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

Xəbər lenti
0