BAKI, 1 dekabr — Sputnik. 1920-ci il dekabrın 1-də Azərbaycanda bolşevik hökumətinin — Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.
Həmin tarixdən iki gün əvvəl — noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulub və Azərbaycan bolşevikləri Zəngəzuru sovetlərin ümumi qələbəsi xatirinə ermənilərə verib. Ondan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul edib, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunub.
Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yaranıb.