Верхняя мечеть Гевхар-аги в оккупированном Арменией городе Шуше

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması

94
ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında (dekabr 1919) həllini tapmalı idi

BAKI, 23 noyabr — Sputnik. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinin sahmanlanması ilə bağlı müvəqqəti saziş imzalanıb.

ABŞ diplomatlarının vasitəçiliyi ilə Tiflisdə imzalanan sənədə görə, tərəflər arasında mübahisəli məsələlər Ermənistan-Azərbaycan konfransında (dekabr 1919) həllini tapmalı idi.

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İrəvan və Eçmiədzin qəzalarını Ermənistan Respublikasına güzəştə gedəndən sonra ermənilər Zəngəzur, Qarabağ və Naxçıvana da ərazi iddiası irəli sürməyə başlamışdılar. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu ilin oktyabrında Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi Q.Bekzadyanla görüşdə bu bölgələrlə bağlı heç bir güzəştin olmayacağını bəyan etmişdi.

94
Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

25
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

25
Газеты

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

54
(Yenilənib 06:51 22.07.2020)
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu.

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 

1980-ci illərin II yarısından başlayaraq isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

54
Müəllimlərin imtahanı, arxiv şəkli

Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər

0
(Yenilənib 14:20 14.08.2020)
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər

BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.

0
Əlaqədar
Bu gün növbəti qəbul imtahanları keçirilir
İmtahanların nəticələri ilə əlaqədar müraciət edənlərin nəzərinə
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi