Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür

Abunə olmaq
1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər (unsial şriftləri) yaradıb

BAKI, 13 noyabr — Sputnik. Noyabrın 13-ü dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi (International Day of the Blind) qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuininin adı ilə bağlıdır.

1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər (unsial şriftləri) yaradıb. 1784-cü ildə isə öz evində "Görmə qüsuru olan işçilərin emalatxanası" adlı məktəb açan Qayuin, ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. Onun ilk şagirdi Fransua de Lezyuer olub.

Qayuinin şrifti 1829-cu ildə digər fransız Lui Braylın kəşf etdiyi şrift ortalığa çıxanadək korların istifadə etdikləri əsas şrift olub.

 

Xəbər lenti
0