Atom bombası - Xirosima və Naqasaki

“Kök adam”ın Naqasakini yerlə-yeksan etdiyi gün

38
(Yenilənib 10:14 09.08.2017)
Yetmiş iki il əvvəl ABŞ Yaponiyaya ikinci atom bombasını atdı

BAKI, 9 avqust — Sputnik. Bu gün Amerikanın Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmasından 72 il keçir.

Sputnik Azərbaycan-ın məlumatına görə, insanlıq tarixinə qara hərflərlə yazılmış bu hadisə 1945-ci ilin 9 avqustunda baş verib. Amerikanın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ABŞ rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi.

6 avqust 1945-ci il tarixində ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər Xirosimada atomdan ölənlərin sayı 140 mini keçmişdi. 

Xirosimaya atılan bombadan 3 gün sonra saat 10:45 radələrində "Platinyum 239" tipli təyyarə “Fatman” (kök adam) adlı atom bombasını Naqasakiyə atdı. “Fatman” 21 min ton TNT-ə malik nüvə reaktoru idi.

Partlayış nəticəsində şəhərin 27 min sakini həyatını itirdi.

Hadisədən 6 gün sonra Yaponiya hökuməti təslim oldu. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb.

38
MDB dövlətlərinin bayraqları, arxiv şəkli

Yaxın tariximizin taleyüklü qərarlarından birinin qəbul olunduğu gün

15
(Yenilənib 09:58 24.09.2020)
Azərbaycan Respublikası qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir.

BAKI, 24 sentyabr — Sputnik. 1993-cü il sentyabrın 24-də ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, həmin gün MDB Nizamnaməsi Azərbaycan rəhbərliyi tərəfindən ratifikasiya olunub.

Azərbaycan qurumun sahəvi əməkdaşlıq orqanlarından 30-da, digər orqanların isə 11-də iştirak edir. MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığı davam etdirən Azərbaycan bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

15
Əsrin müqaviləsinin imzalanması - 1994-cü il 20 sentyabr

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 26 il ötür

21
(Yenilənib 11:27 20.09.2020)
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

BAKI, 20 sentyabr — Sputnik. Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 26 ili tamam olur.

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü" kimi qeyd olunur.

"Əsrin müqaviləsi"ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları bunlardır: BP (30,1%), "AzBTC" (25%), "Chevron" (8,9%), "Equinor" (əvvəlki "Statoil") (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, "Chevron", "Inpex", "Equinor" (əvvəlki "Statoil"), "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1% təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 30 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

21
Əlaqədar
Cəbiş müəllim "Əsrin müqaviləsi"ndən danışır
"Əsrin müqaviləsi"ndən 17 il mənfəət götürmüşük
Politoloq Azərbaycanın müstəqillik tarixində “Əsrin müqaviləsi”nin rolundan danışır
“Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirik” – Əsrin müqaviləsi bizə nə verdi
XİN “Əsrin müqaviləsi”nə münasibət bildirdi
Самоходная гаубица во время учений, фото из архива

Ermənistan Silahlı Qüvvələrinin topları dəqiq atəşlə məhv edilib - MN

0
Azərbaycanın Müdafiə Nazirliyi bölmələrimizin mövqelərini atəşə tutan düşmən toplarının dəqiq atəşlə məhv edidiyini açıqlayıb.

BAKI, 30 sentyabr — Sputnik. Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

0