Yeni Dünyanın kəşf edilməsi

© wikimediaXristofor Kolumb
Xristofor Kolumb - Sputnik Azərbaycan
Abunə olmaq
1492-ci il avqustun 3-də italyan səyyah Xristofor Kolumbun Yeni Dünyanın kəşf olunması ilə nəticələnmiş ilk səyahəti başlayıb

BAKI, 3 avqust — Sputnik. 1492-ci il avqustun 3-də italyan səyyah Xristofor Kolumbun Yeni Dünyanın kəşf olunması ilə nəticələnmiş ilk səyahəti başlayıb. 

Kolumb 1451-ci ildə oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulub və ömrünü İspaniyada başa vurub (20 may 1506-ci il). O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlayıb. 1476-ci ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxıb. İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşayıb.

1479-cu ildən etibarən Kolumb qəti olaraq Portuqaliyada qərarlaşıb. Bu zaman geniş cografi biliklərə yiyələnən Kolumb, artıq, dənizçilik işində də çox təcrübə toplamışdı. O, artıq qəti olaraq yerin kürə formasında olmasına inanırdı. Bu dövrdə iki dövlət — İspaniya və Portuqaliya Hindistana dəniz yolu tapmaq üstündə bəhsə girmişdilər. Buna görə də Kolumb Hindistana dəniz yolunu tapmaq barədə öz layihəsini Portuqaliya Kralı II Juana (1481-1495) təqdim etdi. Amma Kral bu layihəni rədd etdi. Bu səbəbdən Kolumb Portuqaliyanın rəqibi olan İspaniyaya köçmək qərarına gəldi. 1484-cü ildə o İspaniyaya köçür. Bundan iki il sonra o İspaniya Kraliçası İsabellaya öz layihəsini təqdim edir və Kraliça bu layihəni bəyənir, amma o bu səyahət üçün vəsait buraxmaqdan imtina edir. Kolumb yenidən Portuqaliya Kralına müraciət edir və yenə də rədd cavabı alır. Fransaya müraciət edir, yene də həmin cavabı alır. 1492-ci ildə tale nəhayət Kolumbun üzünə gülür. İsabella ona vəsait ayıracağını bildirir. Bunu eşidən Kolumb, Palos adasında olan dostları Pinson qardaşlarını da köməyə çağırır. 

Stiven Hokinq - Sputnik Azərbaycan
Əlil arabasında kainatı kəşf edən dahi

Nəhayət gözlənilən an gəlib çatır. 1492-ci il avqustun 3-də Kolumb İspaniyanın Palos limanından uzaq səfərə çıxır. Onun komandası 90 nəfərdən və 3 gəmidən: "Santa Mariya", "Pinta" və "Ninya" gəmilərindən ibarət idi. 1492-ci ilin oktyabrının 12-də gecə yarı Matros Rodrigo "quru" deyə qışqırmağa başlayir. Bu zaman Kolumb çox sevinir. O, guman edir ki, Hindistana Dəniz yolunu artıq tapıb. Amma onların gördükləri quru sahəsi Baham adalarından biri olan San-Salvador idi. O, qiymətli daş-qaş axtarışı məqsədi ilə cənuba doğru üzür və oktyabrın 29-da Kuba adasını kəşf edir. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzməyə başlayır və dekabrın 6-da Haiti adasını tapır. Bu zaman "Santa Mariya" gəmisi qəzaya uğrayır. O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlir. Həmin il martın 15-də o, İspaniyaya çatır. Birinci səyahətdən sonra onu İspaniyada yaxşı qarşıladılar. O, İspaniya Kraliçasını inandıra bildi ki, yəni kəşf olunan ölkələr xəzinəyə külli miqdarda gəlir vərəcək. Bundan sonra o "Baş okean admiralı" rütbəsinə yüksəlir.

Xəbər lenti
0