Boinq 40 sərnişin təyyarəsi, 1938-ci il

Anbardan səmanın fəthinədək keçən yol

41
(Yenilənib 10:14 29.06.2017)
Amerikalı mühəndis Uilyam Boinq özünün ilk "Boeing 1 B&W" hidrotəyyarəsini Yunion gölünün sahilindəki anbarda düzəldib

BAKI, 29 iyun — Sputnik. 1916-cı il iyunun 29-da hazırladığı təyyarəni sınaqdan keçirmək üçün amerikalı konstruktor Uilyam Boinq peşəkar pilot tutur. Lakin pilot gecikdiyi üçün mühəndis özü təyyarəni havaya qaldırır. Model 1 adlı bu təyyarə biplan tipli idi və taxtadan hazırlanmışdı. 

Artıq 1916-cı il iyulun 15-də Boinq öz şirkətini qeydiyyatdan keçirdi. Bir ildən sonra bu şirkət "Boeing Airplane Company" adlanmağa başladı. Artıq iki ildən sonra 300 nəfərdən artıq işçi hərbi-dəniz donanması üçün "Boinq" hidrotəyyarələrini düzəldirdi. 

1927-ci ildə "Boinq" qırıcı və poçt təyyarələri düzəltməyə başladı. 

Hazırda "Boinq" dünyanın ən iri hərbi və sərnişin təyyarələri istehsalçılarındandır. Şirkət NASA-nın əsas podratçısıdır.

41
Teqlər:
hidrotəyyarə, podratçı, qırıcı, təyyarə, "Boeing Airplane Company", NASA, Uilyam Boinq, ABŞ
Əlaqədar
NATO qırıcısı Sergey Şoyqunun təyyarəsinə həmlə edib
Müxaliflər hökumət qüvvələrinin döyüş təyyarəsini vurdu
ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarə göndərib
Azərbaycan yeni hərbi təyyarələr alıb