1914-cü ilin avqustu, Sankt-Peterburq. Birinci dünya müharibəsi zamanı səfərbərlik

Böyük yanğın üçün kiçik qığılcım

126
(Yenilənib 12:01 28.06.2017)
103 il əvvəl baş vermiş bir hadisə Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə olub

BAKI, 28 iyun — Sputnik. 1914-cü ilin bu günü Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinand serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirildi. İyunun 28-də baş vermiş bu hadisə Birinci Dünya Müharibəsinin (BDM) başlanması üçün bəhanə oldu.

BDM (28 iyul 1914 — 11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci Dünya Müharibəsinə (İDM) qədərki ən böyük müharibədir. Bu adlandırma İDM-dən sonra istifadə edilməyə başlanıb, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılıb.

Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər İttifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) var idi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. 

Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı. 

BDM 1918-ci ilin 11 noyabrında Almaniyanın təslim olması ilə sona çatdı. Rusiyada 1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ aldılar. 

3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq Dövlətləri sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq dövlətləri" ilə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın 3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə, müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.

126
Teqlər:
Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, Qavrilo Prinsip, Avstriya-Macarıstan, Fransa, Almaniya, İngiltərə, Rusiya
Əlaqədar
Almaniyada yenidən dünya müharibəsi qorxusu: evlər boşaldılır
Putin ABŞ - Rusiya müharibəsinin mümkün nəticələrini açıqladı
Bu təyinat İrana qarşı müharibəni qaçılmaz edir
Culian Assanj: "Əsl müharibə hələ qabaqdadır"
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

10
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

10

Ölümü ilə hər kəsi ayağa qaldırmış general

64
(Yenilənib 10:24 02.01.2021)
Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

BAKI, 2 yanvar - Sputnik. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür, yaşasa idi bu gün onun 46 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan  xəbər verir ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər gedən dövrdə şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

Polad Həşimovun ölümü barədə cəmiyyətdə birmənalı fikir mövcud deyil. Belə ki, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov noyabrın 8-də telekanallardan birinə verdiyi açıqlamada Polad Həşimovun xəyanət nəticəsində döyüş bölgəsindən kənarda öldürüldüyünü deyib. 

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

64
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0