Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan səhnəsinin qayğıkeş anası

© kino-teatr.ruƏtayə Əliyeva
Ətayə Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli aktrisa Ətayə Əliyevə 97 il əvvəl anadan olub

BAKI, 2 may — Sputnik. Ətayə Əliyeva 1920-ci il mayın 2-də Aşqabadda sənətkar ailəsində doğulub, səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlayıb. 

Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir. İrəvan teatrında gənc aktrisa həm milli, həm də tərcümə olunmuş əsərlərin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır. Bu obrazlar Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli, müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir. 1948-1949-cu illərin teatr mövsümündə artıq kamil artist kimi tanınan Ə.Əliyeva Gəncə Dram Teatrına dəvət edilir. Bu teatrda o, İradə (Göz həkimi), Səadət (Bahar suları), Bənövşə (Nişanlı qız) kimi yadda qalan obrazlar yaradır. 

1956-cı ildə Ətayə xanım yenidən M.Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır, klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında eyni məharətlə çıxış edir. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın  yaradıcılıq nəaliyyətləridir.

Ə.Əliyeva kinoda və televiziya tamaşalarında çəkilib. O, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?" (leytenant Qarayeva), "Bizim küçə" (Bəyim xala), "Dağlarda döyüş" (ana), "Telefonçu qız" (Simuzər), "Uşaqlığın son gecəsi" (Mənsurə) və bir çox başqa film və televiziya tamaşalarında uğurlu rollar yaradıb.

Xəbər lenti
0