Neft kəməri, arxiv şəkli

İlkin neftimizi dünyaya çıxaran kəmər

105
(Yenilənib 10:21 17.04.2017)
Bakı-Supsa kəməri Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neftin" dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdu

BAKI, 17 apr — Sputnik. 1999-cu il aprelin 17-də Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib.

827 kmr uzunluğunda və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istehsal olunan "ilkin neftin" dünya bazarına çıxarılması üçün nəzərdə tutulmuşdu.

Kəmərin tikintisi 590 milyon dollara başa gəlmişdi. 

105
Teqlər:
"Əsrin müqaviləsi", Neft kəmərinin istifadəyə verilməsi, Supsa, Qara dəniz, Gürcüstan, Azərbaycan, Bakı
Əlaqədar
Suriyaya atılan raketlər neftin qiymətini qaldıracaqmı?
OPEC iclasa hazırlaşır: neft bazarı ilə bağlı qərar verəcək
İtkin neftçilərdən birinə aid olduğu ehtimal olunan meyit tapılıb
QİÇSdən qan analizi

Cəmiyyətin üz döndərdiyi insanlar: bu gün onlar yad edilirlər

7
(Yenilənib 16:22 16.05.2021)
QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 1119 nəfərdir

BAKI, 16 may — Sputnik. Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin mayın 1-dək olan rəqəmlərə görə, hazırda 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-i (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanlarının 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar onların COVID-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşur nəşr olunub.

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi" ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.

Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

Eləcə də oxuyun: 

Narkotik istifadəçilərinə Səhiyyə Nazirliyindən məsləhətlər

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

Kişinin ölümcül xəstəliyi 25 il ondan gizlədilib

 

7
Teqlər:
anım, xəstəlik, QİÇS
Народный артист Азербайджана Ариф Гулиев

Bu gün Arif Quliyevin doğum günüdür

21
(Yenilənib 15:29 16.05.2021)
Ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşuldu, ağciyərlərinin 90 faizi buzlaşdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

BAKI, 16 may — Sputnik. Mayın 7-də dünyasını dəyişən Xalq artisti Arif Quliyevin ad günüdür. Yaşasaydı, aktyorun 71 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan xəbər verir ki, ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu.

A.Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Eləcə də oxuyun: 

Mahnıları dillər əzbəri olan bəstəkarımızın doğum günüdür

İP qurbanı olan məşhurlar - buna görə cəza tətbiq olunurmu?

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

 

21
Teqlər:
doğum günü, vəfat, Arif Quliyev

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava