Nəriman Nərimanovun Bakıdakı heykəli

Həyata müəmmalı şəkildə vida etmiş "milli bolşevik"

90
(Yenilənib 15:29 16.04.2017)
1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı məhz Nəriman Nərimanov təşkil edib

BAKI, 14 apr — Sputnik. Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib. 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunub. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilib. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışıb.

N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutub.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilib.

Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.

Nərimanovun matəm mitinqində Mixail Kalininin dedikləri də bu ölümün “sui-qəsd” olduğunu təsdiqləyir: “N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır”. 

O, Nərimanovu əbəs yerə “qurban” adlandırmırdı.

90
Teqlər:
Bakı Soveti, Xalq Komissarları Soveti, Müvəqqəti İnqilabı Komitəsi, Qori seminariyası, Sosial-Demokrat "Hümmət" təşkilatı, Nəriman Nərimanov, Mixail Kalinin, Həştərxan, Novorossiysk, Odessa, Tiflis, Bakı
Əlaqədar
Bolşevik işğalının başlandığı gün
Bolşeviklərin ermənilərə Şərur-Dərələyəz hədiyyəsi