Mossad rəhbəri Yosi Koen

Ən qüdrətli kəşfiyyatın yarandığı gün

55
"Mossad" hazırda dünyanın xüsusi xidmətləri arasında aparıcı yeri tutur

BAKI, 1 apr — Sputnik. 1951-ci il aprelin 1-də İsraildə "Mossad" kəşfiyyat xidməti yaradılıb. 

"Mossad" İsrailin baş nazirinə tabedir və hazırda dünyanın xüsusi xidmətləri arasında aparıcı yeri tutur.

Xidmətin əsas vəzifəsi kəşfiyyat xarakterli məlumatların toplanaraq ümumiləşdirilməsi və təhlilidir. "Mossad"ın əsas iş prinsipi düşmən haqqında kifayət qədər çox məlumat əldə edilməsi və yalnız sonra əməliyyat keçirilməsidir.

"Mossad"ın yarandığı gündən onlarla uğurlu əməliyyat keçirib. Onların arasında "Altıgünlük müharibə" zamanı həyata keçirilən əməliyyatları, Münhen Olimpiadası zamanı israilli idmançıları qətlə yetirmiş ərəb terrorçularının məhvini, faşist cəlladı Adolf Eyxmanın İsrailə gətirilməsini qeyd etmək olar.

Təşkilatın uğursuzluqları da az olmayıb. Onların arasında 1997-ci ildə HƏMAS lideri Xalid Məşələ qarşı uğursuz sui-qəsd cəhdini göstərmək mümkündür. 

55