Almon Stroucer

Qazanc həvəsi tabutçunu necə telefonçuya çevirdi

22
(Yenilənib 10:23 10.03.2017)
Almon Stroucer biznesini xilas etmək üçün dekada-addım axtarıcısını kəşf edib

BAKI, 10 mart — Sputnik. ABŞ-ın Kanzas-Siti şəhərindən olan biznesmen Almon Braun Stroucer 1889-cu il martın 10-da avtomatik telefon stansiyasını patentləşdirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Stroucerin ixtirasının maraqlı səbəbi var.

Almon Stroucer tabut düzəldən imiş. Onun Kanzas-Sitidə dəfn mərasimləri şirkəti olub. Stroucerin biznesi genişlənsə də, bir gün rəqib şirkətlərdən birinin rəhbərinin arvadı yerli telefon stansiyasının kommutatoruna işə düzəlir. Təbii ki, həmin qadın dəfn xidmətlərinə ehtiyacı olan bütün müştərilərin zənglərini həyat yoldaşının şirkətinə yönəldir. 

Belə olduqda Almon Stroucer biznesini xilas etmək üçün dekada-addım axtarıcısını kəşf edir. Artıq telefon stansiyasında konkret müştərini axtarmaq üçün operatora ehtiyac yox idi. Axtarıcı operatoru əvəz edirdi.

1892-ci ildə Stroucerin kəşfinin tətbiq olunduğu avtomat telefon stansiyası istifadəyə verilir. Stansiyaya "xanımlarsız və söyüşsüz telefon" adı qoyulur. 

22
Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

25
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

25
Газеты

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

54
(Yenilənib 06:51 22.07.2020)
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu.

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 

1980-ci illərin II yarısından başlayaraq isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

54
Zaqatalalı bloger Orxan Hüseynzadə

Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır

3
(Yenilənib 09:36 12.08.2020)
Zaqatalalı bloger Orxan Hüseynzadə doqquzuncu sinifdən sonra məktəbdən çıxıb, lakin uğurlu kompüter mühəndisi, veb-dizayner və videobloger olub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 avqust - Sputnik. Orxan Hüseynzadə Zaqatala rayonunda yaşayır. Videobloger və turizm blogeri olan qəhramanımız foto çəkməklə də məşğuldur. Mübaliğəsiz demək olar ki, həmsöhbətimiz özünü bütünlükdə təbiətə həsr edib. İlk işlərinə elə doğulduğu Zaqatala rayonundan başlayıb: "Başqa heç bir yerə çəkilişə getmirəm, yalnız rayonun təbiəti ilə məşğulam. Dağlarını gəzirəm, görməli yerlərinə gedirəm, çalışıram ki, adət-ənənələrini insanlara çatdırım. Çünki, Zaqatalada çoxlu xalqların nümayəndələri yaşayır. Buradakı hər bir xalqın özünə aid adət-ənənəsi var. Mən də çalışıram ki, onların hamısının adət-ənənələrini videoformatda, sənədli filmlər şəklində insanlara göstərim".

© Sputnik / Shahperi Abbasova
Zaqatalalı bloger Orxan Hüseynzadə

Orxan deyir ki, Zaqatalada elə kəndlər var, onbları heç rayonun sakinləri belə tanımırdılar. Amma onun sayəsində tanımağa başlayıblar: "Məsələn, Qas, Qalal, Qarqay, Ələsgər, Əzgilli, Köhnə Suvagil, Cimcimax, Sabunçu kimi kəndlər var. O kəndlərə gediş-gəliş çox çətindir. Yəni, yalnız Ural markalı maşınla gedilir, çaylaqla 3 saatlıq yoldur. Zaqatala ilə bağlı çəkilişləri bitirdikdən sonra qonşu rayonların da əlçatmaz yerlərinə gedib çəkəcəyəm".

2008-ci ildən fəaliyyətə başlayan müsahibimizin məqsədi Zaqatalanı beynəlxalq aləmə tanıtmaqdır. Bu işə də ilk olaraq şəkillərlə başlayıb. 2012-ci ildən isə videolar çəkməyə başlayıb. Dağlarda, kəndlərdə videolar çəkib.

"Özüm özümdə bu istedadı hiss elədim, video, montaj sahəsində biliklərimi artırmağa çalışdım. Düşündüm ki, əgər bu sahədə bacarığım varsa, niyə rayonumu tanıtmaqla məşğul olmayım? Beləcə videoları çəkməyə başladım. Ona baxanlar tərəfindən də çox gözəl qarşılandı. Sosial şəbəkələrdə də bəyənildi. Mənim çəkdiyim fotoları və videoları görənlər heyrətlərini gizlədə bilmirlər. Deyirlər ki, "yəni, doğrudan Azərbaycanda belə yer var?" Çünki mənim gedib çıxdığım, çəkiliş elədiyim məkanları çox az adam görüb", - deyə bloger bildirib.

  • Zaqatalalı bloger Orxan Hüseynzadə
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatalalı bloger Orxan Hüseynzadə
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatalalı bloger Orxan Hüseynzadə
    © Sputnik / Shahperi Abbasova
1 / 3
© Sputnik / Shahperi Abbasova
Zaqatalalı bloger Orxan Hüseynzadə

Orxan gələcək planlarından da danışıb. Bu sahədə heç bir maddi təmənna güdməyən qəhrəmanımız fəaliyyət sahəsini daha da genişləndirməyi düşünür: "Hazırda öz sahəmdə pul qazanmıram. Yalnız öz cibimdən xərcləyirəm. Məsələn, uzaq kəndlərə gedəndə özümlə ərzaq aparmağa məcburam, yol xərcini də öz cibimdən verməli oluram. Hələlik heç bir dəstək yoxdur. Amma rayonun çəkilişlərini tam yekunlaşdırdıqdan sonra, digər bölgələrə çıxmaq fikrim var. Onların kəndlərinə dair qısa filmlər yox, tammetrajlı sənədli filmlər hazırlamaq fikrindəyəm".

"Məsələn, mən dəniz səviyyəsindən 4000 metr hündrlükdə yerləşən Xalaxi gölündə oldum. Xalaxi gölü sərhəd zona sayılır, Dağıstan sərhədində yerləşir. Cimcimax kəndindən, Zaqatala şəhərindən 3 saatlıq yoldur. Cimcimax kəndindən Xalaxi gölünə atla 12 saatlıq yol var. Bir həftə o ərazilərdə qaldım, 45 dəqiqəlik sənədli film hazırladım. Tam Cimcimax kəndindən Xalaxi gölünə qədər yolda başıma gələn bütün hadisələri, orada çobanların həyatı haqqında, göl haqqında, gölün ətrafı haqqında gözəl bir film çəkdim. Youtube kanalımda bu film var", - deyə O. Hüseynzadə əlavə edib.

İnsanların gedib çıxa bilmədiyi məkanlardan sənədli filmlər hazırlayan təbiət aşiqi xaricdən gələn və yerli turistlər üçün bələdçilik də edir: "İndiyə qədər heç bir müsabiqəyə qatılmamışam. Özümü tam hazır hiss etmirəm. Azərbaycanda da fotomüsabiqələr çox keçirilir, amma videomüsabiqələr keçirilmir. Bir müsabiqədə iştirak etmişəm. Mənə Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən verilən turizm sertifikatlarım var. Mən onlarla təkcə Zaqatalada deyil, ümumilikdə Şəki- Zaqatala bölgəsi üzrə regional tematik turların təşkilində turizm bələdçisi kimi fəaliyyət göstərə bilərəm. Bunun üçün müvafiq şəhadətnamə və sertifikatım var. İndi bələdçilik də edirəm, turistlər gələndə dağları gəzdirirəm. Zaqataladakı turizm bürosuna da bələdçilik edirəm. Çünki dağları gəzib, öyrənmişəm".

Heç bir aidiyyatı orqandan dəstək almayan Orxan Hüseynzadənin ən böyük dəstəkçisi onun izləyicilərdir.

"Bəzi layihələrim var idi. Maddi vəsait çatışmadığından izləyicilərimdən xahiş etdim ki, bu layihə üçün mənə vəsait ayırsınlar. Layihə nədən ibarət idi? "My Zaqatala.az" saytı açmışam. Həmin sayt Zaqatalanın turizm xəritəsi rolunu oynayır. O saytın içərisində Zaqatalada olan bütün istirahət mərkəzləri, rayonda olan obyektlər əksini tapacaq. Həmin saytda "google store" və "app store" üçün tətbiqlər (əplikeyşnlar) hazırlanır. Bakıda olan adam rayona gəlmək istəyirsə, həmin tətbiqlər vasitəsilə proqrama daxil ola, rayona aid hara və nəyə istəsə baxa biləcək. Həmçinin restoranlarda yer sifarişi edəcək, otellərə "booking" xidməti də həmin proqramın içərisində olacaq. Bunun üçün biraz vəsait istədim, çox adama, aidiyyatı orqanlara müraciət elədim, necə deyərlər, yola verdilər. Amma öz izləyicilərim kömək etdilər".

Bloger getdiyi məkanlarda vəhşi heyvanlarla da qarşılaşıb. Lakin, heyvanların özlərinə xas xarakterlərini bildiyindən onların hücumuna məruz qalmayıb: "Çəkiliş zamanı vəhşi heyvanlarla da rastlaşmışam. Rastlaşdığım heyvan ayının balası olub. Həmin balanı uzaqdan gördüm. Yaxınlaşmaq istədim, sonra fikirləşdim ki, anası yanında olar. Ayı da elə bir heyvandır ki, əgər kiminsə onun balasını gördüyünü gördüsə, ondan qurtuluş yoxdur. Ona görə də geri döndüm. Canavarla da rastlaşmışam, təbii ki, uzaqda idi. Qaban, maral, cüyür və çox heyvanlarla rastlaşmışam, ancaq hücumla qarşılaşmamışam".

Orxan gedəcəyi məkanları əvvəldən araşdırdığını deyir. Ən çox məsləhət aldığı insanlar isə çobanlardır: "Məsləhətləşdiyim insanlar var. Məsələn, Azərçin Muradovdan məsləhət alıram. Ekoloqdur, bu dağlara, heyvanların xarakterinə bələd insandır. Daha çox çobanlarla məsləhətləşirəm. Çünki, onlar doğulandan kəndlərə, meşələrə, dağlara, heyvanlara bələd olurlar. Qohumlarımın hamısı Cimcimax kəndində yaşayırlar. O kənddə böyüyüblər, çobanlıqla məşğuldurlar. Heç vaxt da dağlara tək getmirəm, çalışıram ki, yanımda ora bələd olan biri olsun. Bir dağa on dəfə də getmiş olsam, onbirincidə yenə tək getmərəm. Çünki, Zaqatala dağlarında labirintlər var. Cığırlardan birini səhv salsan, gedib başqa yerə çıxacaqsan. Ona görə də bilən adamla getmək daha uyğundur".

Qəhrəmanımız orta təhsillidir. O düşünür ki, müəyyən nailiyyətləri əldə etmək insanın öz əlindədir, ali təhsilin olub-olmaması onun üçün əhəmiyyət kəsb etmir: "Doqquzuncu sinifdən çıxmışam, oxumamışam. Məktəbdən çıxdıqdan sonra, ilk olaraq, komputer sahəsinə həvəs göstərdim. Rayonda kompüter mühəndisi kimi fəaliyyət göstərmişəm, kompüter təmiri ilə məşğul olmuşam, hətta rayonda servisim də olub. Sonra Rusiyaya getmişəm, orada veb-dizayner kimi çalışmışam. Azərbaycanda bir çox saytlar qurmuşam. Ali təhsilimin olmamasına heç təəssüflənmirəm. Çünki, Bakıda 6 ay bir şirkətdə işlədim, məndən diplom soruşmadılar, çünki orada bacarığımı ortaya qoymuşdum. İnsanda gərək bacarıq və həvəs olsun".

 

3
Teqlər:
Zaqatala