Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bayrağımızdakı üç rəngin əsl müəllifi

© Photo : Public DomenƏli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkçülüyün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb

BAKI, 24 fev — Sputnik. 1864-cü il fevralın 24-də görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub.

Hüseynzadə Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda "Həyat" qəzetinin, daha sonra "Kaspi" qəzeti və "Füyuzat" jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib.

Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi "türkçülük, çağdaşlıq və islamiyyət" fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

Xəbər lenti
0