Əsgəran

Bitməyən münaqişənin ilk toqquşması

31
29 il əvvəl erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci - Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetiriblər

BAKI, 22 fev — Sputnik. 1988-ci il fevralın 22-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib.

Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

31
Teqlər:
Dağlıq Qarabağ münaqişǝsi, Əli Hacıyev, Bəxtiyar Quliyev, Əsgəran, Ağdam rayonu, Qafan rayonu, Qarabağ, Ermənistan, Azərbaycan, Bakı
Əlaqədar
İlham Əliyev: “Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”
Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatıq”
Qarabağ ərazisində yeganə milli park