Adobe Photoshop redaktoru

Möcüzələr yaradan redaktorun ad günü

141
(Yenilənib 10:41 19.02.2017)
Bu gün peşakar fotoqraf, poliqrafçı və dizaynerlərini işini Photoshop-suz təsəvvür etmək mümkün deyil

BAKI, 19 fev — Sputnik. 1990-cı il fevralın 19-u populyar qarfik redaktor Adobe Photoshop-un ad günü sayılır. 

Hazırda çoxlarımızın sosial şəbəkələrdə heyranlıqla baxdığımız "gözəllər", "çirkinlər", "dünyanın füsunkar yerləri", "möcüzəli tapıntılar" və s. məhz Photoshop-un məhsuludur. 

Hər şey 1980-ci illərdə ABŞ-da başlayıb. 1987-ci ilə proqramçı Tomas Noll qrafik görüntülər üçün proqram hazırlayır. Tomas öz proqramını qardaşı Cona (sonradan "Ulduz müharibələri" və "Karib dənizinin quldurları" filmlərində xüsusi effektlərin qurucusu olan Con Noll — red.) göstərir. Con qardaşının ideyasına böyük maraqla yanaşaraq proqramı inkişaf etdirməyə başlayır. 

Qardaşlar ilk birgə proqramlarını "Display" adlandırsalar da, sonradan bu adı "ImagePro"ya dəyişirlər. Artıq o dövrdə bu proqram bir çox parametrlərə görə mövcud analoqlarından üstün idi. 

1989-cu ildə Adobe Systems şirkəti bu proqramı almaq qərarına gəlir və həmin ildən onun adı indiki kimi səslənməyə başlayır — Photoshop. Bu adı kimin fikirləşdiyi məlum deyil. Qardaşlar isə proqram üzərində işlərini davam etdirirlər.

1990-cı il fevralın 19-da Photoshop 1.0 proqramının ilk rəsmi versiyası ortaya çıxır. Məhz bu tarix Photoshop-un ad günü sayılır. Qarşıda isə qrafik redaktoru böyük inkişaf gözləyirdi. 

141
Teqlər:
"Display", "ImagePro", Adobe Photoshop, "Karib dənizinin quldurları", "Ulduz müharibələri", Adobe Systems şirkəti, Con Noll, Tomas Noll, ABŞ
Əlaqədar
Möcüzələr ölkəsinə dəniz yolunun kəşfi
Kibrit çöpləri ilə möcüzələr yaradan gənc
Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

24
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

24
Газеты

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

54
(Yenilənib 06:51 22.07.2020)
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu.

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 

1980-ci illərin II yarısından başlayaraq isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

54
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0