Jül Vern

Elmi fantastikanın üç atasından biri

101
Günümüzdə də sevə-sevə oxunan populyar fantastik əsərlərin müəllifi Jül Vern 188 il əvvəl dünyaya gəlib

BAKI, 8 fev — Sputnik. Fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri Jül Qabriel Vern 1828-ci il fevralın 8-də anadan olub.

Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilib), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.

Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə alıb. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir.

O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır.

101
Teqlər:
"Paris XX əsrdə", "Robinzon dayı", "Keşiş 1839-cu ildə", "20 000 lye su altında", "80 gün dünya ətrafında", "Kapitan Qrantın uşaqları", "Yerin mərkəzinə səyahət", Hüqo Vernbak, Jül Vern, Herbert Uells, Ay, Arzular dənizi