1924-cü il fevralın 3-də Bakıda ilk tramvay nəqliyyatı işə salınıb

Bakıda ilk tramvay

59
1923-cü ildə Bakıda elektrik tramvay xəttinin çəkilməsi başlanıb və 1924-cü il fevralın əvvəlində bu xətt istismara verilib

BAKI, 3 fev — Sputnik. 1924-cü il fevralın 3-də Bakıda ilk tramvay nəqliyyatı işə salınıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolunun işə salınması ilə faəliyyətə başlamışdı.

1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xəttinin çəkilməsi başlanıb və 1924-cü il fevralın əvvəlində sözügedən xətt istismara verilib. 

1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salınıb. 

2002-ci ildə Bakıda tramvay nəqliyyatı ləğv olunub.

59