BAKI, 24 yan — Sputnik. Yanvarın 24-də Beynəlxalq Eskimo günü qeyd olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, 1922-ci il yanvarın 24-də ABŞ-ın Onava şəhərində şirniyyat dükanının sahibi Xristian Nelson eskimo düzəltmək üçün patent alıb.
Eskimo üzəri şokoladla ötrülmüş çubuqlu qaymaqlı dondurmadır. Onun tarixi bir neçə min il olsa da (Qədim Romada imperator Neronun bu cür dondurma yediyinə dair məlumatlar var — red.), eskimonun ad günü kimi yanvarın 24-ü qəbul edilir.
Eskimonun nə vaxt əmələ gəldiyi və niyə belə adlandığı barədə versiyalar çoxdur. Bir versiyaya görə, bu növün müəllifi qənnadı ustası Xristian Nelsondur. Məhz o qaymaqlı dondurmanı şokoladla bürümək qərarına gəlib və ona "Eskimo Pie" (eskimosun kökəsi) adını verib. Bu hadisə 1919-cu ildə baş verib və o, 1924-cü ildə patent alıb.
Digər versiyaya görə, "eskimo" sözü fransızlardan gəlib. Fransızlar eskimos tayfasının geyiminə oxşayan uşaq kombinezonuna belə ad veriblər. Onların fikrincə, sözügedən dondurma da şokoladdan kombinezon geyinib və buna görə də "eskimo" adlanmalıdır.
Həmçinin qeyd etmək lazımdır ki, ilk eskimolar taxta çubuqsuz idilər və yalnız 1934-cü ildə bu atributa yiyələndilər.
BAKI, 2 mart - Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.
Hazırda BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurası isə 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.