AMEA

Elmlər Akademiyasının yaradıldığı gün

85
(Yenilənib 21:10 23.01.2017)
Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar yanvarın 23-də verilib

BAKI, 23 yan — Sputnik. 1945-ci il yanvarın 23-də Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib.

1920-ci illərdə respublikada elmi tədqiqatlar Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi.

1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 1945-ci ilin martında Akademiyaya ilk üzvlər seçildi, akademik heyət və rəhbərlik formalaşdı.

2001-ci il mayın 15-də prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, respublikanın ən böyük elm müəssisəsi Azərbaycan Milli Elmlər Akademiyası adlanır.

85
Teqlər:
SSRİ Xalq Komissarları Soveti, Azərbaycan SSR Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, SSRİ EA-nın Azərbaycan Filialı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, Heydər Əliyev, Azərbaycan