Federiko Fellini

"İnanıram ki, bu, son mükafat deyil..."

42
(Yenilənib 09:13 20.01.2017)
73 yaşında toyuna bir gün qalmış vəfat edən italyan kinorejissoru Federiko Fellini yanvarın 20-də dünyaya göz açıb

BAKI, 20 yan — Sputnik. Dünya kinematoqrafının görkəmli simalarından biri olan rejissor Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib.

Sputnik Azərbaycan bildirir ki, onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevillər keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib. Onun 1973-cü ildə çəkdiyi "Amarkord" filmini isə kino tənqidçiləri avtobioqrafik film sayırlar.

İlk təhsilini katolik məktəbində alıb. Burada yaşadıqları da sonralar filmlərində əks olunub. Gənclik illəri faşizm dövrünə düşüb. Bir xeyli sənət dəyişdirib. Karikatura ilə məşğul olmağa başlayıb, müxbirlik edib, sığorta agenti olub və s. İtaliya faşistlərdən təmizlənəndən sonra — 23 yaşında kinoya baş vurub, həyatının qadını ilə rastlaşıb və buradan 50 il sonra dünya kinosunun tapındığı bir şəxsiyyət olaraq əbədiyyətə qovuşub.

"Yeni dalğa"nın ən böyük təmsilçisi

Keçən əsrin 40-50-ci illəri kino tarixində "Yeni dalğa"nın yarandığı illər idi. Artıq köhnə kino — bütün dünya kinoteatrlarında göstərilən filmlər kinoya yeni gələnləri bezdirirdi. Onlar bu filmləri "Sinema dü Papa" — atamın kinoları adlandırırdılar. Deyirdilər ki, bu filmlərdə yaradıcı enerji yoxdur, təxəyyüldə kasadlıq var. Kino adamı təkcə əyləndirməməlidir, həm də bir işə, hərəkətə ruhlandırmalıdır. Və özləri də arzuladıqları filmləri çəkirdilər.

İtaliyada da bu cərəyan var idi. Həm də italyanlar öz "Yeni dalğa"larını yaratdılar. Buna tənqidçilər ikinci kinorenessans deyirlər. Həmin kino dalğanın ən böyük fiqurlarından biri isə Federiko Fellini oldu.

Tale Fellinini italyan neorealizminin öncülü — Roberto Rosselini ilə qarşılaşdırdı. Rosselini 1945-ci ildə çəkdiyi "Roma – açıq şəhər" filmininin ssenarisini yazmağı Federikoya təklif etdi. Film həmin il Kann festivalının baş mükafatını qazandı. Bundan ruhlanan ikili 3 il sonra Federikonun ssenarisi ilə daha bir film – "Eşq" filmini çəkir. Ən maraqlısı isə bu filmdə tanınmış italyan aktrisası Anna Manyani ilə Federikonun bir yerdə oynamasıdır.

İki il sonra Fellini ilk rejissor işi – "Varyete işıqları"nı çəkir. Ancaq ilk dünya şöhrətini 4 il sonra — 1954-cü ildə çəkdiyi "Yol" — "Bitməyən küçələr" filmi ilə qazanır. Filmdə qadın obrazını Cülyetta Mazina – Fellininin ömür dostu canlandırır. Sonra "Kabiriyanın gecələri", "Şirin həyat" (bu filmdən sonra hökumətin yasağı ilə qarşılaşmışdı), "Səkkiz yarım", "Cülyetta və ruhlar", "Klounlar" və s. — ümumilikdə 24 film. 1990-cı ildə Fellini son filmini çəkir – "Ayın səsi"… Fellini artıq 5 Oskarlı rejissor idi. Saysız film festivallarının laureatıydı.

Dünyasını dəyişən il — 1993-cü ildə İtaliya Kino Akademiyası onu bütün filmlərinə görə Ləyaqət Oskarı ilə mükafatlandıranda, Fellini zarafatla söyləmişdi: "İnanıram ki, bu son, bağlanış mükafatı deyil…".

42
Teqlər:
kinorenessans, Klounlar, Cülyetta və ruhlar, Səkkiz yarım, Varyete işıqları, Ayın səsi, Bitməyən küçələr, Sinema dü Papa, Eşq, Roma - açıq şəhər, Yeni dalğa, Amarkord, faşizm, rejissor, Kann festivalı, İtaliya Kino Akademiyası, Cülyetta Mazina, Anna Manyani, Roberto Rosselini, Federiko Fellini, Adriatik dənizi, Kann, Rimini, İtaliya
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

18
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

18

Ölümü ilə hər kəsi ayağa qaldırmış general

67
(Yenilənib 10:24 02.01.2021)
Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

BAKI, 2 yanvar - Sputnik. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür, yaşasa idi bu gün onun 46 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan  xəbər verir ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər gedən dövrdə şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

Polad Həşimovun ölümü barədə cəmiyyətdə birmənalı fikir mövcud deyil. Belə ki, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov noyabrın 8-də telekanallardan birinə verdiyi açıqlamada Polad Həşimovun xəyanət nəticəsində döyüş bölgəsindən kənarda öldürüldüyünü deyib. 

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

67
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

4
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

4
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas