Radar

Sürücülər bu "başağrısı"na görə ingilislərə "minnətdar" olmalıdırlar

120
(Yenilənib 09:05 20.01.2017)
Bu gün demək olar ki, hər bir iri küçədə rastlaşdığımız sürətölçən radarlar ilk dəfə Londonda sınaqdan keçirilib

BAKI, 20 yan — Sputnik. 1958-ci il yanvarın 20-də London küçələrində avtomobillərin sürətini ölçmək üçün ilk radarlar quraşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, yarım əsr ərzində çox şey dəyişsə də, radarlar hələ də yol polisi işçilərinin sadiq köməkçiləri rolunu oynamaqdadırlar. Radarlar bu dövr ərzində nəhəng stasionar qurğulardan, görünməyən kameralaradək bir yol keçiblər.

Keçmişdə yol müfəttişləri sürəti demək olar ki, "gözəyarı" ölçüblər. Onlar əllərində saniyəölçən və ya saat tutaraq maşının bir dirəkdən o biri dirəyədək hərəkət sürətini ölçürdülər.

Beləliklə, sürücülərimiz bu "başağrısı"na görə londonlulara "minnətdar" olmalıdırlar.

120
Teqlər:
sürücülər, sürət öıçmək, nəhəng stasionar qurğular, yol polisi işçiləri, saniyəölçən, radarlar, yol müfəttişləri, başağrısı, gözəyarı, avtomobil, London
Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

24
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

24
Газеты

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

54
(Yenilənib 06:51 22.07.2020)
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu.

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 

1980-ci illərin II yarısından başlayaraq isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

54
Qoruyucu geyimdə olan tibb işçiləri, arxiv şəkli

Pandemiya beş ayını tamam elədi, alimlər hələ bir qərara gələ bilmədilər

1
(Yenilənib 19:10 05.08.2020)
"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda he kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur" - Ədalət Rüstəm

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Alimlər maska, şərf və sipər arasındakı fərqi aşkarlayıblar. Belə ki, insanlar üzərində aparılan sınaq zamanı belə qənaətə gəlinib ki, maska və şərf sipərlə müqaysədə insan səhhəti üçün daha təhlükəlidir. Belə ki, maska taxarkən və şərflə ağzı bağlayarkən insan daha çox karbon qazı ilə təmasda olur, nəinki sipər taxarkən.

Bu səbəbdən də alimlər maska, şərf deyil, sipər taxmağı tövsiyə edirlər. Çünki maska və şərf karbon dioksidi yenidən ciyərlərə geri qaytarır ki, bu da insan səhhəti üçün təhlükəlidir. Uzun müddət maska taxmaq qandakı oksigenin həcminin azalması deməkdir. Eyni zamanda bu, həm də beyinə gedən oksigenin həcminin azalması deməkdir. Bu isə insanın özünü daha zəif hiss etməsinə səbəb olmaqla yanaşı ö lüm üçün də faktor ola bilər. Yəni, ölüm riski də yarada bilər.

Bu gün artıq təhsilin bərpa olunduğu bir çox ölkələrdə də şagirdlər maska deyil, sipər taxırlar.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bu fikirlərlə raızlaşmadığını bildirib. O belə hesab edir ki, maska digərləri ilə müqayisədə mövcud vəziyyətdə daha effektivdir: "Üz sipəri də faydalıdır. Lakin bunların arasında ən faydalısı elə maskadır. Maskanın karbon qazını geri qaytarması boş söhbətdir. Çünki maska taxarkən hava kənarlardan çıxır".

Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır>>

"Sadəcə olaraq, maska nə zaman taxılmalıdır, ilk olaraq bunu dəqiqləşdirmək lazımdır. Adi hallarda qarşınızda heç kim yoxdursa, yaxud da arada 2-3 metrdən artıq məsafə varsa, küçədə açıq havada gəzirsizsə, bu zaman maska taxmağa ehtiyac yoxdur. Maskanı qısa məsafə oduqda taxmaq lazımdır. Xüsusən də qapalı məkanlarda taxmaq vacibdir.  Maska taxmaq müddəti 15-20 dəqiqədirsə, bu müddətdə karbon qazı ziyan verməyəcək. Karbon qazı ümumiyyətlə geri qayıtmır, maskanın kənarlarından xaric olunur", - deyə Ə.Rütəm əlavə edib.

1
Əlaqədar
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
Koronavirus öləcək: maskanı benzinə batırın...
Azərbaycan COVİD-19 infeksiyasının payız sıçrayışına hazır olmalıdır - rusiyalı həkim
Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"
Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər