İlham Namiq Kamal

Paşa Paşayeviç, Hüseynağbacı, Markiz...

123
(Yenilənib 15:32 18.01.2017)
Görkəmli aktyorumuz İlham Namiq Kamalın 68 yaşı tamam olur.

BAKI, 9 yan — Sputnik. İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə bir ev",Stefan Sveyq), Baş katib ("Sehirli kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın əri özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, sevin, gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin anası və yaxud evlənmə əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, məndə qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 4 övladı var: qızları — Qumru, Qumral, oğlanları — Ülvi, Ziya.

25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.

123
Teqlər:
aktyor truppası, gənc rejissor, baş rollar, rejissor, aktyor, Azərbaycan Teatr Xadimləri İttifaqı, Dövlət Gənclər Teatrı, "İlham" Miniatür Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Teatr İnstitutu, Hüseynağa Atakişiyev, Georgi Xuqayev, Fərəc Qarayev, Həsənağa Qurbanov, Mirzəağa Əliyev, Adil İsgəndərov, Rza Təhmasib, Stefan Sveyq, Fridrix Dürrenmatt, İlham Namiq Kamal, Bakı
Kitab və uşaq, arxiv şəkli

Sən xalqımın aldığı ilk nəfəsdən yarandın...

25
(Yenilənib 02:40 01.08.2020)
Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır

BAKI, 1 avqust — Sputnik. Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycan dili azərbaycanlıların danışdığı türk dillərindən biridir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir, qıpçaq dilləri arealına xas xüsusiyyətlərə malikdir.

Dünyada 50 milyondan çox adam bu dildə danışır. Azərbaycan Respublikasının dövlət dili olan bu dildə azərbaycanlıların kompakt yaşadığı İran, Gürcüstan, Türkiyə kimi ölkələrdə də danışılır.

XX əsrdə Azərbaycanın yazı dili dörd dəfə dəyişdirilib. 1990-cı ildə Azərbaycanda latın qrafikalı yazıya keçmək təşəbbüsləri baş qaldırıb. 1 avqust 1990-cı ildə yaradılan Əlifba Komissiyası latın qrafikası əsasında Azərbaycanın müasir əlifbasını formalaşdırıb. 1992-ci ildə bu əlifba rəsmən qəbul edilib.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

25
Газеты

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

54
(Yenilənib 06:51 22.07.2020)
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu.

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 

1980-ci illərin II yarısından başlayaraq isə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

54
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Əhalinin vaksinasiyaya münasibəti pisləşib: Epidemiya yoxdursa, niyə vaksin vurursuz

0
(Yenilənib 19:59 12.08.2020)
Rusiya Səhiyyə Nazirliyinin epidemioloqu: "Aparılan tədqiqatlar göstərir ki, son illər əhali və səhiyyə işçiləri arasında vaksinasiyaya inam daha da pisləşib"

BAKI, 12 avqust — Sputnik. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko yalnız əhali arasında deyil, həkimlər arasında da vaksinasiyaya etibarın azaldığını qeyd edib.

"Aparılan tədqiqatlar və bizim də apardığımız araşdırmalar göstərir ki, son illər əhali arasında da, səhiyyə işçiləri arasında da vaksinasiyaya inam daha da pisləşib", - deyə o, "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda bildirib. Epidemioloq qeyd edib ki, bu, izaholunandır. Vaksinasiya öz uğurlarının girovuna çevrilib. Çünki o, bir çox infeksion xəstəliklərə qarşı mübarizədə təsirli uğurlar qazanmağa, çiçəyi məğlub etməyə imkan verib.

"Hər şeyin sakit və sabit olduğu, belə bir epidemiyanın artıq olmadığı bu dalğada valideynlər düşünməyə başladılar ki, niyə uşağını, özünü peyvəndlətsinlər ki? Birdən ağırlaşma oldu? Yeri gəlmişkən, bu effekt ruletkada da işləyir", - deyə Briko izah edib.

O əlavə edib ki, fərdi immunitetdən başqa, kollektiv immunitet də var. Bu, yüksək olmalıdır, kollektiv immunitet 95% olanda, infeksiya yayılmır, 60% faizdə isə vəziyyət fərqlidir.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı
Koronavirus peyvəndi üçün artıq 20 ölkədən müraciət var
Putin Rusiyanın ilk COVID-19 əleyhinə peyvəndinin qeydə alınması barədə
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"