BAKI, 28 dek — Sputnik. 1918-ci il dekabrın 28-də Bakıda ingilis hərbi qüvvələrinin komandanı general Uilyam Montqomeri Tomson Fətəlixan Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib.
Onun bu qərarı Azərbaycan dövlətçiliyi üçün həlledici əhəmiyyətə malik idi, çünki bundan bir ay əvvəl general Tomson Bakıya gələndə öncə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını endirməyi əmr etmişdi.
Tomsonun 28 dekabr bəyanatından sonra Cümhuriyyət parlamentini boykot edən rus və erməni deputatlar parlametin işində iştirak etmək qərarına gəldilər.
1919-cu ilin aprelində qurulan 4-cü koalisiya hökumətində erməni ("Daşnaksutyun") nazir də yer aldı.
BAKI, 2 mart - Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.
Hazırda BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurası isə 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
BAKI, 2 mart — Sputnik. "Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib".
Bu barədə Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.
"Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir", - məlumatda qeyd olunub.