İrəvan

İrəvanın geri alındığı gün

326
(Yenilənib 10:06 16.11.2016)
413 il əvvəl səfəvilər İrəvan şəhərini osmanlılardan geri alıblar.

BAKI, 16 noy — Sputnik. 1603-cü il noyabrın 16-da növbəti Səfəvi-Osmanlı müharibəsinin (1603-1612) gedişində Səfəvi hökmdarı I Şah Abbasın qoşunları İrəvan qalasının mühasirəyə alıblar.

Tərəflər arasındakı öncəki müharibədə (1558-1590) Azərbaycanın böyük bir hissəsi, o cümlədən İrəvan Osmanlı dövlətinin nəzarətinə keçmişdi. Səfəvi qüvvələri İrəvanı uzun müddət mühasirədən saxladıqdan sonra, 1604-cü ilin iyununda ələ keçirə bildilər.

İrəvanın idarəçiliyi Səfəvi hakimiyyətinin aparıcı tayfalarından olan Qacarların nümayəndəsi Əmirgünə xan Qacara verilib.

326