İlk dəfə insan üzərində təcrübə

© Wikipedia / Public DomainLui Paster öz laboratoriyasında sınaqlar keçirərkən
Lui Paster öz laboratoriyasında sınaqlar keçirərkən - Sputnik Azərbaycan
Abunə olmaq
131 il əvvəl bu gün penisilin ilk dəfə insan orqanizminə yeridilib

BAKI, 6 iyul — Sputnik. 6 iyul 1885-ci ildə fransız alim Lui Pasterin kəşf etdiyi penisilin ilk dəfə insan orqanizminə yeridilib.

Lui Paster (27 dekabr 1822 — 28 sentyabr 1894) — fransız bioloq, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisidir. O, quduzluğa qarşı vaksin kəşf edib və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib.

Təzyiq - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təzyiqi dərmansız aşağı salmağın yolu

Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq edib. 1861-ci ildə çox sadə vasitələrlə apardığı bir adi təcrübədə Lui Paster sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır.

Alim işıq ilə bağlı işlərə maraq göstərib. Fermentasiya işlərinə çoxlu maraq göstərirdi və bu sahədə önəmli yekunlar əldə edirdi. O dedi ki fermentasiya işi bakterial fəaliyyətlərin nəticəsindədir və bu yekun öz-özünə maddə işləri ləyihəsini rədd etdi.

Lui Paster 73 yaşında insult və iflic nəticəsində vəfat edib. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.

Xəbər lenti
0