O, hələ də yaşayır

© Photo : PUBLIC DOMAINKamal Sunal
Kamal Sunal - Sputnik Azərbaycan
Abunə olmaq
16 il əvvəl bu gün məşhur komediya ustası Kamal Sunal dünyadan köçüb

BAKI, 3 iyul — Sputnik. Türkiyənin məşhur teatr və kino aktyoru, əsasən komediya janrında filmləri ilə məşhurlaşan və xalq arasında Şaban adı ilə tanınan Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cəmil Sunal və Çingiz Sunal adında iki qardaşı var.

Xalq Artisti Səyavuş Aslan - Sputnik Azərbaycan
Üç il oldu

Sənətkar ibtidai məktəbi Memar Sənan məktəbində oxudu. Vəfa litseyindən məzun oldu. Yüksək təhsilinə Marmara Universiteti Jurnalistika fakültəsində başladı. Tədris ilndə Emayataş Fabrikində işləmiş, ayrıca elektrikçidə şagirdlik etmişdir. Vəfa Litseyindəki fəlsəfə müəllimi Müşfiq Kəntər ilə tanışlığının Kamal Sunalın karyerasında xüsusi yeri var.

Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı, türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənib.

Hәyatı Boyunca 82 filmdә rol alıb. İlk obrazını "Şirin dillim"də (1972-ci il) canlandırıb. 1974-cü ildә "Salako" filmindә baş rolu canlandırıb. Әn son filmi 1999-cu ildә çəkilən "Tәbliğat" filmi olub. 1977-ci ildә "Qapıçılar kralı" roluna görə "Qızıl portağal" mükafatına layiq görülüb.

Kamal Sunal 3 iyul 2000-ci ildə İstanbulda dünyasını dəyişib.

Xəbər lenti
0