Böyük Vətən Müharibəsinin iştirakçısı Sergey Leonidoviç Sokolov

Müdafiə naziri pilota görə işdən çıxarıldı

94
(Yenilənib 10:01 01.07.2016)
105 il əvvəl bu gün Sovet İttifaqı marşalı dünyaya göz açıb

BAKI, 1 iyul — Sputnik. 1 iyul 1911-ci ildə Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980), SSRİ müdafiə naziri (1984-1987), Böyük Vətən Müharibəsinin iştirakçısı Sergey Leonidoviç Sokolov dünyaya gəlib.

Вячеслав Тихонов в роли Штирлица
© Sputnik / РИА Новости

Sokolov 18 iyun Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki Krım) qulluqçu ailəsində anadan olub. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köçüb və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçib.

1932-ci ildə Qızıl Ordu sıralarına daxil olub. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanıb. Qəbul imtahanlarını müvəffəqiyyətlə verən S. Sokolov 1932-1934-cü illərdə bu məktəbin kursantı olub, vzvoda və rotaya komandirlik edib.

Ordu hazırlığını əla qiymətlərlə başa vuran Sokolov Uzaq Şərqə tank qoşunlarında hərbi xidmətə göndərilib, burada vzvod, pota və batalyon komandiri vəzifələrində işləyib. O, tank rotasının komandiri kimi 1938-ci ildə Xasan gölü ətrafındakı döyüşlərin iştirakçısı olub.

Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il
© Photo : "Azərbaycanfilm" kinostudiyası

Sokolov Böyük Vətən Müharibəsi dövründə — 1941-ci ilin iyun-sentyabr aylarında tank alayının ştab rəisi kimi Qərb cəbhəsində döyüşlərdə iştirak edib. 1941-ci ilin oktyabrından Fəhlə-Kəndli Qızıl Ordusunun Avtozirehli tank idarəsi rəisinin böyük köməkçisi, 1942-ci ilin iyun ayından bu idarədə ştab rəisi, 1943-cü ilin yanvar ayından 1944-cü ilin mart ayınadək Karel cəbhəsinin zirehli tank və mexanikləşdirilmiş qoşunlarını İdarəetmə komandanlığının ştab rəisi olub.

1967-ci ildə SSRİ müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, 12 aprel 1967-ci ildə ordu generalı, 17 fevral 1978-ci ildə isə Sovet İttifaqı Marşalı rütbəsinə layiq görülüb.

Sovet İttifaqı Qəhrəmanı, marşal Sergey Sokolov 1984-1987-ci illərdə SSRİ-nin müdafiə naziri postunu tutub. O, 1987-ci ildə alman pilot Matias Rustun idarə etdiyi kiçik təyyarə Moskvanın Qızıl Meydanına icazəsiz, maneəsiz endiyinə görə vəzifədən azad olunub.

Sergey Sokolov 2012-ci ildə 101 yaşında vəfat edib.

94
Teqlər:
Sergey Leonidoviç Sokolov, SSRİ müdafiə naziri, Sovet İttifaqı marşalı, Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən Müharibəsi
Əlaqədar
Görkəmli tarzənin doğum günü
Ölkə başçısı: İsa peyğəmbərin doğum günü içki və zina ilə qeyd olunmaz
Bu gün Azərbaycan prezidentinin doğum günüdür
Böyük Britaniya kraliçasının doğum günü Bakıda qeyd olunub
Bakıda Puşkinin doğum günü qeyd edilib
Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli

20 Yanvar faciəsindən 31 il ötür

40
(Yenilənib 09:54 20.01.2021)
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

40
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

53
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

53
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

0
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

0
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar