Azərbaycanın ilk rəsmi milyarderi Yelmar Məmmədov

O, ilk azərbaycanlı milyarder oldu

1082
(Yenilənib 10:17 28.06.2016)
Yelmar Məmmədov cəmi 38 illik ömrü ərzində Vətəni üçün əvəzsiz xidmətlər göstərib

BAKI, 28 iyun — Sputnik. 59 il əvvəl bu gün ilk azərbaycanlı rəsmi milyarder Yelmar Məmmədov dünyaya gəlib. 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olan Y. Məmmədov çox kiçik yaşlarından anasını itirib.

Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir. 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir. 1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.

Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində oxuyur.

Ehtiyac üzündən Komi Respublikasının Uxta şəhərinə gedir. Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.

1988-ci ildə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Respublikasının Xalq deputatı seçilir.

1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi tanınır, şöhrətlənir.

Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.

1992-ci ilin avqust ayında Azərbaycana qayıdır. Cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Orada 3000-dən çox adam işləyir.

Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.

O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumatlara görə, onlar yatandan sonra otağa qaz sızıb və qazdan boğulub ölüblər. Dörd övladı — iki qızı, iki oğlu var.

1082
Teqlər:
Daşkənd, Qubadlı rayonu, Yelmar Məmmədov, ilk azərbaycanlı rəsmi milyarder, Özbəkistan
Əlaqədar
Azərbaycanlı milyarderi ağır günlər gözləyir
Milyarder olmaq üçün mütləq oxuyun
ABŞ-da prezidentlik yarışına milyarder qoşulur
"Müsəlman taksi sürücüsünün oğlu milyonçu ingilis üzərində qələbə çalırsa..."
Keçmiş milyonçu küçədə şorba satır
Milyonçuların sayı rekord həddə çatıb
Polis əməkdaşları, arxiv şəkli

Hər zaman keşiyimizdə - bu gün onların bayramıdır

17
(Yenilənib 09:49 02.07.2020)
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası dövründə ən böyük yük həkimlərlə yanaşı, məhz onların çiyinləri üzərinə düşür

BAKI, 2 iyul — Sputnik. Bu gün polislərin peşə bayramı günüdür. Sputnik Azərbaycan-ın xəbərinə görə, 1998-ci ilədək hər ilin 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilsə də, elə həmin ilin 24 may tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti olmuş Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. Beləliklə, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da tüğyan edən koronavirus pandemiyası dövründə ən böyük yük həkimlərlə yanaşı, məhz onların çiyinləri üzərinə düşür.

Peşə bayramınız mübarək!

17
Əlaqədar
Yeni igidlərimizi siz də tanıyın - SİYAHI
Bakıdakı polis postları niyə yığışdırılır?
Polis sabahdan nəzarəti daha da gücləndirəcək: icazəni də kameralar "yoxlayacaq"
Polis səsgücləndiricilərlə hərəkətə keçdi - VİDEO
Polislə "qaçdı-tutdu" büdcəyə xeyir verəcək
Bakıda hərbi paradın iştirakçıları, arxiv şəkli

Test: Ordular hərb sənəti

178
(Yenilənib 20:00 25.06.2020)
Hərb sənəti haqda azacıq da olsa məlumatlı olmaq, zənnimizcə, müasir dövrdə müsbət xarakterdir. Sputnik Azərbaycan sizə dünya orduları, hərb sənəti ilə bağlı əyləncəli testi təqdim edir.

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Orduya, əsgərə bir çox ölkələrdə münasibət eyni olsa da, hətta Konstitusiyası ordu saxlamağı qadağan edən ölkə də var.

Biz tarixən vuruşan, öz torpaqlarını son damla qanınadək qoruyan, Vətəni uğrunda canından keçən xalq olmuşuq. Ölkə inkişaf etdikcə onun özünü müdafiə qabiliyyəti də güclənməlidir. Hərb sənəti haqda azacıq da olsa məlumatlı olmaq isə, zənnimizcə, müasir dövrdə müsbət xarakterdir. Çünki ərazilərimizin 20%-i hələ də düşmən tapdağı altındadır və bizim onu azad edəcəyimiz günü gözləyir.

Sputnik Azərbaycan sizə dünya orduları, hərb sənəti ilə bağlı əyləncəli testi təqdim edir.

178
Əlaqədar
Hərb və sülh: birilərinin səhvi başqalarına dərsdir
Test: "Don Kixot"u xatırlayarkən
Test: "İkinci yarımızın" metamorfozası – telefon haqda maraqlı faktlar
Test: Səsiniz gəlsin! 
Test: Rəqs edir hər kəs
 Koronavirus testi, arxiv şəkli

Şad xəbər gəldi, koronavirus bir neçə aydan sonra...

0
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 2 iyul — Sputnik. Hazırda dünyada yeni növ koronavirusa qarşı 141 vaksinin üzərində iş aparılır. Sputnik Azərbaycan "The Washington Post"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus bildirib.

O vurğulayıb ki, peyvəndin hazırlanması ilə məşğul olan bəzi şirkətlər bir neçə ay ərzində uğur əldə edə bilərlər: "Təbii ki, tam qorunmağa dair zəmanət yoxdur, lakin biz ümid edirik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.

0