Potyomkin zirehli gəmisi

Hərbi gəmidə üsyan

31
Matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.

BAKI, 27 iyun — Sputnik. 1905-ci il iyunun 27-də Rusiyanın "Potyomkin" zirehli gəmisində üsyan başladı. Üsyan edən zirehli gəmi Odessaya gəldi. Bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi.

Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər.

Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular.

On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı. Rusiyaya qayıdanları isə həbs edib məhkəməyə verdilər.

"Potyomkin" zirehli gəmisində üsyan müvəffəqiyyətsiz qurtardı. Lakin çox böyük bir hərb gəmisi komandasının inqilab tərəfinə keçməsi mütləqiyyətə qarşı mübarizənin inkişafına doğru mühüm addım idi. Lenin həmin üsyanın əhəmiyyətini qimətləndirərək göstərirdi ki, bu "inqilabi ordu özəyinin yaradılmasına təşəbbüs" idi.

31
Teqlər:
üsyan, "Potyomkin" zirehli gəmisi, fəhlə, Odessa, Qara dəniz, Rusiya
Əlaqədar
Göyərtəsinə helikopterin enməsi mümkün olan gəmi Xəzərdə dövlət sərhədlərimizi qoruyacaq
Gəmidə oturub, gəmiçinin çörəyinə bais olanlar...
Rusiya hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb
Dənizdə iki gəmi batdı
Bakı Gəmiqayırma Zavodunda sualtı gəmi inşa olunur
Sumqayıtdan Bakıya gəmi ilə gəlmək mümkün olacaq